Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


«Yoldaş kapitan. Qarovul tam heyətdə gəlib. Xidmətim zamanı heç bir hadisə baş


səhifə46/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   42   43   44   45   46   47   48   49   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Yoldaş kapitan. Qarovul tam heyətdə gəlib. Xidmətim zamanı heç bir hadisə baş 
verməmişdir (və yaxud filan-filan baş vermişdir). Leytenant İsmayılov». Bundan sonra 
postlar tabelində qeyd edilmiş yoxlama nəticələri haqqında məlumat verir və postlar tabelini 
başqa sənədlərlə birlikdə ona təhvil verir. Daha sonra qarovul rəisinin şəxsi nəzarəti altında 
qarovu
l heyəti silahlarını və döyüş patronlarını təhvil verir. 
Obyektləri ancaq gecə mühafizə edən qarovul nəfərləri obyektlərin mühafizəsi vaxtı 
qurtardıqdan sonra qarovulların dəyişilməsini gözləmədən qarovul rəisi tərəfindən təyin edilmiş 
böyüyün komandası altında öz hərbi hissəsinə (bölməsinə) göndərilirlər, bu barədə qarovul rəisi 
po
stlar cədvəlində qeyd edir və qarovullar (hərbi hissə) növbətçisinə məlumat verir. Böyük 
bölməyə gəlmələri haqqında bölmə başçavuşuna məlumat verməli, qarovul nəfərlərinin 
silahlarını və döyüş sursatını təhvil vermələrinə nəzarət etməlidir. 
216. Dəyişilmiş qarovul heyəti dəyişildiyi gün məşğələlərdən və işdən azad edilir; obyektləri 
ancaq gecə mühafizə edən qarovul nəfərləri bölməyə gələndən sonra məşğələlərdən və işdən 4 
saat müddətində azad edilirlər. 
217. Mühafizə olunan obyektdən qarovulu götürmək qarnizon rəisinin (hərbi hissə 
komandirinin) möhürlə təsdiq edilmiş yazılı sərəncamına əsasən qarovullar (hərbi hissə) 


növbətçisi tərəfindən mühafizə olunan obyekt rəisinin iştirakı ilə yerinə yetirilir. Qarovulun 
götürülməsi barədə qarovullar (hərbi hissə) növbətçisinin, qarovul rəisinin və mühafizə olunan 
obyekt rəisinin iştirakı ilə akt tərtib edilir. Aktda mühafizə olunan obyektin, qarovul otağının və 
postlarda olan avadanlığın və inventarın təhvil verilməsi göstərilir. 
Daimi qarnizon qarovulunu götürmək barəsində qarnizon rəisi Baş Qərargah rəisinə, daimi 
daxili qarovulu götürmək barəsində isə hərbi hissə komandiri qarovullar cədvəlini təsdiq etmiş 
rəisə məlumat təqdim edir. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin