Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Hərbi yüklərin dəmiryol, su, hava və avtomobil nəqliyyatları ilə daşınması zamanı


səhifə54/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   50   51   52   53   54   55   56   57   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Hərbi yüklərin dəmiryol, su, hava və avtomobil nəqliyyatları ilə daşınması zamanı 
mühafizəsi 
271. Hərbi yüklər daşınan nəqliyyatın mühafizəsini və müdafiəsini hərbi yükləri mühafizə və 
müşayiət edən hərbi hissələrdən və bölmələrdən, yaxud başqa hərbi hissələrdən təyin edilmiş 
qarovullar həyata keçirirlər. 
Qarovul yüklənmə (göndərilmə) məntəqəsindən qarovul rəisinə göstərilən məntəqəyə 
qədər dəyişilmədən xidmət edir. 
272. Daşınma zamanı qarovullar tərəfindən mühafizə olunmalı hərbi yüklərin siyahısı və 
qarovulların tərkibi müdafiə nazirinin əmrləri ilə müəyyən edilir. 
273. Qarovul hazırlanmış üstüörtülü və ya xüsusi müşayiət vaqonlarında (gəmidə yaşayış 
otaqlarında, hava gəmisi kabinasında) yerləşdirilir. İsti xörək hazırlamaqdan ötrü vaqonda 
dəmiryol orqanları tərəfindən yanğına qarşı zəruri tədbirlərə riayət edilməklə soba qoyulur. 
Dəmiryol (su yolu) sahəsi və stansiyası (liman), aeroport hərbi komendantına eyni 
istiqamətə gedən bir neçə qarovulu bir vaqonda (gəmidə yaşayış otağında, hava gəmisi 
kabinasında) yerləşdirməyə icazə verilir. Bu halda o, qarovul rəislərinin birini böyük təyin edir. 
Zərurət olduqda, yükün müxtəlif istiqamətlərə göndərilməsi üçün hərbi komendantın sərəncamı 
ilə qarovulları yerləşdirməkdən ötrü lazımi qədər təchiz olunmuş üstüörtülü vaqonlar (gəmidə 
yaşayış otaqları, hava gəmisi kabinaları) ayrılır. 
Qatarın (gəminin) hərəkəti zamanı saatdarların yerləşdirilməsi, dayanacaqlarda 
mühafizənin gücləndirilməsi və saatdarların dəyişilməsi 266-270-ci maddələrdə göstərilən 
qaydada həyata keçirilir. 
Hava nəqliyyatı ilə daşınan yüklərin mühafizəsi üçün saatdarlar uçuş zamanı kabinalarda, 
aeroportda (aerodrom
da) isə hava gəmisinin yanında yerləşdirilirlər. 
274. Qarovul rəisi hərbi hissədən aşağıdakıları almalıdır: 
ezamiyyət vəsiqəsi;
onun qarovul rəisi təyin olunması, qarovulun şəxsi heyətinin siyahısı, silahın növü və 
nömrəsi arxasında göstərilməklə hərbi hissə qərargahı rəisi tərəfindən təsdiq edilmiş müəyyən 
formalı vəsiqə;
silah və onun üçün döyüş sursatı;
hərbi hissənin vəzifəli şəxsinin imzası ilə gerbli möhürlə təsdiq edilmiş postlar tabeli;
ərzaq və ya hər iki tərəfə gedib-gəlməkdən ötrü ərzaq-yol pulu və ərzaq attestatı (hər 
qarovul nəfəri üçün ayrıca);
hamamda çimmək və yolda qəzet almaq üçün pul;


xörək hazırlamaq və yeməkdən ötrü, həmçinin içməli su saxlamaq üçün qab-qacaq;
əlavə alt paltarı dəsti (hər 7 sutkaya 1 dəst hesabı ilə), post geyimi dəstləri, qarovulun 
bütün heyəti üçün yataq ləvazimatı (yolda 1 sutkadan çox olduqda);
siqnal üçün qırmızı bayraqcıqlar və fənərlər;
hərbi hissəyə qayıtmaq üçün hərbi daşınma sənədləri.
275. Qarovul hərbi hissədən göndərilməzdən əvvəl hərbi hissə növbətçisi qarovulun 
tərkibini və təminatını, öz vəzifə borclarını bilmələrini, silahlarının və döyüş sursatının vəziyyətini, 
hər bir qarovul nəfərinin zahiri görkəmini yoxlayır. 
Qarovulun hazır olması haqqında hərbi hissə növbətçisi hərbi hissə qərargahı rəisinə 
(komandirinə) məlumat verir. 
Hərbi hissə komandiri və ya qərargah rəisi qarovula baxış keçirir, onun təminatını yoxlayır, 
qarovul rəisinə təlimat verir və qarovulun vaxtında yükün qəbul edilmə yerinə getməsini təmin 
edir, zərurət olduqda nəqliyyat ayırır. 
276. Yükgöndərən yükü yolboyu mühafizə etməkdən ötrü gəlmiş qarovulu qarşılamalı və 
onun şəxsi heyətinin yerləşdirilməsini təmin etməlidir. 
277. Qarovul rəisi nəqliyyatın hərəkəti zamanı dəmiryol (su yolu) sahələrinin və 
stansiyalarının (limanların), aeroportların hərbi komendantlarına və yükü müşayiət edən zabitə 
(gizirə, miçmana) tabedir. Qarovul rəisi nəqliyyat gəmisində bundan əlavə, gəminin hərbi 
komendantına, o olmadıqda isə (gəminin daxili nizam qaydası məsələlərinə dair və qəza 
hallarında) gəmi kapitanına tabedir. 
Bu Nizamnamədə nəzərdə tutulmuş ümumi vəzifəsini yerinə yetirməkdən əlavə, qarovul 
rəisinin vəzifəsidir: 
yükgöndərənin yanına qarovul heyəti ilə birlikdə yükləməyə ən geci 3 saat qalmış gəlmək 
və özünün qarovul rəisi təyin olunması haqqında vəsiqəsini ona təqdim etmək;
yükgöndərəndən vaqonların (gəmi otaqlarının, hava gəmisi kabinalarının), eləcə də 
platformalarda və yarımvaqonlarda (gəmi göyərtəsində) olan ayrı-ayrı yerlərin siyahısının yükün 
nəql edilməyə hazır olması haqqında qeyd edilmiş iki nüsxəsini, postlar tabelini, yükün 
xüsusiyyəti, onun daşınması və təhvil verilməsi haqqında təlimat və göstəriş almaq;
yükgöndərəndən və ya köhnə qarovuldan siyahı ilə vaqonları (gəmi otaqlarını, hava gəmisi 
kabinalarını), vaqonların (gəmi otaqlarının, hava gəmisi kabinalarının) nömrələrinin və sayının 
siyahıda göstərilənlərə uyğunluğunu yoxlayaraq qəbul etmək, həmçinin xaricdən baxmaqla 
vaqonların (gəmi otaqlarının, hava gəmisi kabinalarının) vəziyyətini, lyukların, qapıların, bortların 
bağlanmasının etibarlılığını, plombların yükgöndərənin postlar tabelində göstərilən kontrol 
nişanlarına uyğunluğunu yoxlamaq, platformalarda və yarımvaqonlarda (gəmi göyərtəsində, 
hava gəmisi kabinalarında) daşınan yükləri yerlərin sayına (döyüş texnikasının miqdarına) görə, 
xaricdən nəzər salmaqla örtüklərin vəziyyətini, qablaşdırmanın və yüklərin bağlanmasının 
möhkəmliyini yoxlayaraq qəbul etmək;
yüklərin mühafizə olunmasının xüsusiyyətləri və qaydaları, həmçinin yolboyu təhlükəsizlik 
qaydalarına riayət olunması haqqında qarovulun şəxsi heyətinə təlimat vermək;
saatdarları postlar tabelinə uyğun olaraq postlara qoymaq və onların dəyişdirilməsi 
qaydasını müəyyən etmək;


qatarın (gəminin) dayanacaqları və hava gəmisinin enməsi zamanı yükün mühafizəsini 
gücləndirmək;
yükün daşınması üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə diqqət yetirmək;
baş vermiş hadisələr haqqında, daşınma qaydasının pozulması, yollarda ləngimə, ərzağın, 
yanacağın, işıqlandırma vasitələrinin alınmasının vacibliyi, nəqliyyatın gedəcəyi məntəqəyə 
çatması və yükün təhvil verilməsi barədə şəxsən və ya telefonla (teleqrafla, radio ilə) dəmiryol 
(su yolu) sahələrinin və stansiyalarının (limanların), aeroportların hərbi komendantlarına 
məlumat vermək;
dövlət əmlakının oğurlanmasına yol verməmək, həmçinin postlar tabelində göstərilən 
yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
mühafizə olunan vaqonlarda, göyərtələrdə, gəmi otaqlarında, hava gəmisi kabinalarında 
hərbi komendant, o olmayan yerlərdə isə stansiya (liman, aeroport) rəisi və ya onun növbətçisi 
tərəfindən icazə verilən nəqliyyatın vəzifəli şəxslərindən başqa heç kimin getməsinə yol 
verməmək;
saatdarın müşahidəsi altında nəqliyyat işçilərini mühafizə olunan vaqonları yoxlamağa, 
onların işlək hissələrini yağlamağa və təmir etməyə, gəmidə gəmi otaqlarını, göyərtə 
mexanizmlərini və yüklərin bərkidilməsini, hava gəmisində isə kabinanı, mexanizmləri və yükün 
bağlanmasını yoxlamağa buraxmaq;
yükalanın yükalma hüququ verən sənədlərini yoxlamaq, siyahı ilə yükgöndərənin plombu 
olan vaqonla
rı (gəmilərin otaqlarını, hava gəmilərinin kabinalarını), eləcə də platformada və 
yarımvaqonlarda (gəmi göyərtələrində, hava gəmisi kabinalarında) yükləri yerlərinin sayına görə, 
döyüş və digər texnikanı isə sayla ona təhvil vermək; yükü qəbuledənin imzası olan və onun 
gerbli möhürü ilə təsdiq edilmiş siyahının bir nüsxəsini özündə saxlamaq;
qatarın yenidən tərtibi zamanı bütün mühafizə olunan vaqonların qatara qoşulmasına 
diqqət yetirmək;
çıxarılan hərbi avadanlığı nəqliyyat işçilərindən siyahı ilə və qəbzlə qəbul etmək, daşımanın 
sonunda isə onlara təhvil vermək;
vaqonda (gəmi otağında, hava gəmisi kabinasında) qarovul üçün qayda-qanunu və 
təmizliyi gözləmək, yanğın təhlükəsizliyini təmin etmək.
278. Yanğın baş verdikdə, hərəkətin (uçuşun) təhlükəsizliyinə və ya yükün saxlanmasına 
təhlükə yaradan hər hansı hadisə aşkar edildikdə, yanğının söndürülməsi və təhlükənin aradan 
qaldırılması üçün qarovul rəisi bütün zəruri tədbirləri görməlidir. Bunları qarovulun və qatar 
briqadasının (gəmi komandasının, hava gəmisi ekipajının) qüvvəsi ilə etmək mümkün 
olmadıqda, qarovul rəisi hərbi komendant vasitəsilə, o olmayan yerlərdə isə stansiya (liman, 
aeroport) rəisi vasitəsilə zəruri yardım çağırmalıdır. 
279. Saatdarlar hərbi yüklərin mühafizəsində öz vəzifələrini 269-cu maddəyə uyğun olaraq 
yerinə yetirirlər. 
280. Qarovulun şəxsi heyəti 270-ci maddənin göstərişlərinə uyğun olaraq istirahət edir. 
281. Texniki nasazlığa görə vaqon açıldıqda, həmçinin yükün məcburiyyət qarşısında 
boşaldılması hallarında qarovul rəisinin vəzifəsidir: bu barədə iki nüsxədə akt tərtib etmək və onu 
hərbi komendanta, yaxud stansiya rəisinə təsdiq etdirmək; açılmış vaqonu və boşaldılmış yükü 
mühafizə etməkdən ötrü iki qarovul nəfəri təyin etmək, aktın bir nüsxəsini onların böyüyünə 
vermək, ona yükü mühafizə etmək və təyinat məntəqəsində təhvil vermək, həmçinin qarovul 


nəfərlərinin hərbi hissəyə qayıtması haqqında təlimat vermək, onları pul və yeməklə təmin 
etmək. 
Qarovul rəisi təyinat məntəqəsinə gələndən sonra açılan vaqonun və ya boşaldılmış yükün 
aktının ikinci nüsxəsini yükü qəbul edənə təqdim edir. 
282. Qarovul rəisinə mühafizə olunan vaqonların (gəmi otaqlarının, hava gəmisi 
kabinalarının) siyahısını dəmiryol (su yolu) sahələrinin və stansiyalarının (limanların), 
aeroportların hərbi komendantları istisna olmaqla bir kəsə göstərmək qadağandır. 
283. Yükalan hərbi hissə komandirinin vəzifəsidir: 
qarovulun şəxsi heyətinin yerləşdirilməsini və istirahətini, zərurət olduqda isə onun 
sanitariya təmizlənməsini təmin etmək;
zərurət olduqda, qarovulu əlavə ərzaq-yol pulu ilə təmin etmək;
qarovulu dəmiryol stansiyasına (limana, aeroporta) aparmaq və onu öz hərbi hissəsinə yola 
salmaq.
284. Qarovul rəisinə (müşayiət edən zabitə, gizirə, miçmana) nəqliyyatın mühafizəsi və 
hərəkəti üzrə hərbi komendantlara məlumat verməkdən ötrü nəqliyyatın rabitə vasitələrindən 
pulsuz istifadə etmək hüququ verilir. Qarovul rəisi (müşayiət edən zabit, gizir, miçman) 
teleqramlarında özünün imzasından qabaq ixtisar edilmiş teleqraf ünvanını qoymalıdır: «QR» 
(«Qarovul rəisi»). 
285. Qarovulun ayrı-ayrı nəfərlərinin və ya bütün heyətinin dəyişilməsi buna zərurət 
yarandığı ərazi qarnizon rəisinin sərəncamı ilə edilir. 
286. Öz hərbi hissəsinə qayıtdıqda, qarovul rəisinin vəzifəsidir: qarovulun şəxsi heyətinin 
tapşırığı və xidməti yerinə yetirməsi haqqında hərbi hissə qərargahı rəisinə (komandirinə) 
məlumat vermək; getməzdən əvvəl (aldıqları silahları, döyüş sursatını və ləvazimatı təhvil 
vermək, pul vəsaitinin və ərzağın məsrəfi haqqında hesabat vermək; yükün müşayiət edilməsinə 
aid sənədləri təhvil vermək. 
287. Avtomobillərlə daşınan yüklərin mühafizəsi 275-282-ci maddələrdə göstərilənlərə 
uyğun olaraq həyata keçirilir. Daşınma şəraitindən və yüklərin əhəmiyyətindən asılı olaraq, bir 
posta 10-
a qədər avtomobil daxil edilə bilər. 
Qarovul rəisi avtomobil kolonunun böyüyünə və nəqliyyatı müşayiət edən zabitə (gizirə, 
miçmana), müşayiət edən təyin edilmədikdə isə, yükləri daşımaq üçün təyin olunmuş avtomobil 
bölməsinin komandirinə tabedir. 
288. Hərəkət zamanı saatdarlar postun tərkibinə daxil olan avtomobillərin banlarında: biri 
qabaqda, o birisi ortada, üçüncüsü isə axırda gedən avtomobildə yerləşirlər. 
Dayanacaq zamanı saatdarlar kolonun hər iki tərəfində nəqliyyatı mühafizə edirlər. 
Hərəkət zamanı və qısamüddətli dayanacaqlarda saatdarların üçü də bir vaxtda, 
uzunmüddətli dayanacaqlarda isə növbə ilə xidmət aparırlar. 
Saatdarın vəzifəsidir: 
daşınan yüklərin saxlanmasına və hərəkət istiqaməti tərəflərinə diqqət yetirmək;
qarovul rəisinin icazəsi olmadan kənar şəxslərin avtomobillərdə getməsinə yol verməmək;


qarovul rəisinə və avtomobil sürücülərinə zəruri hallarda müəyyən olunmuş siqnallar 
vermək;
kolonun dayanmaları zamanı mühafizə olunan yüklərə daim nəzarət etmək, onların yanına 
kənar şəxsləri buraxmamaq, postlar tabelində göstərilən məsafədən yaxında od qalamağa və 
papiros çəkməyə icazə verməmək;
hərbi qulluqçuları qarovul rəisinin icazəsi ilə avtomobillərdə təmir işləri aparmaq üçün 
buraxmaq.

Yüklə

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin