5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətin
inkişafına təsirini izah edir.
5.1.2. Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətlərarası və
sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır.
31
5.1.3. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair referat və tezislər
hazırlayır.
1.6. Fəndaxili və fənlərarası inteqrasiya
“Ümumi təhsil pilləsində dövlət standartları və proqramları (kurikulumlar)”
sənədi və onun əsasında hazırlanmış Ümumi tarix kurikulumu fəndaxili və fənlərarası
əlaqələrin geniş tətbiqini nəzərdə tutur. Ənənəvi təlimdə şagirdlərə faktlar toplusu
verilir və onları əzbərləmək tələb olunur. Nəticədə şagirdlər həyatda onlara lazım
olmayan məsələləri öyrənməli olurlar. İnteqrativ kurikulum isə fənn sahələrinin
kombinasiyasını özündə əks etdirməklə şagirdi obyektə deyil, subyektə çevirir.
Burada təhsilin məqsədinə hadisə və təzahürləri öyrənmək və bilmək deyil, həm də
əldə olunmuş bilik, bacarıq və dəyərlərdən müxtəlif situasiyalarda istifadə etmək,
araşdırmaları təkmilləşdirmək, anlama, birbaşa şəxsi iştirak daxildir. Belə kurikulum
şagirdlərə öyrənmə zamanı müxtəlif fənlər arasında bilik və konsepsiya səviyəsində
dəyərli əlaqələr yaratmaqda köməklik göstərir.
İnteqrasiya necə həyata keçrilməlidir? Hazırkı proqramlarda inteqrasiya cox
zaman biliklərin əlaqələndirilməsi formasında həyata keçirilir. Burada bir fakt
haqqında biliyə həmin fakt haqqında başqa fənlərdə verilən məlumat əlavə olunur.
Müasir dövrdə inteqrasiyaya tamamilə başqa cür yanaşılır.
Ümumi tarix fənn kurikulumunda inteqrativlik fəndaxili əlaqələr (üfüqi
inteqrasiya), fənlərarası əlaqələr (şaquli inteqrasiya) şəklində həyata keçirilir. Bu
inteqrasiya pillələr üzrə məzmun xətləri, siniflər üzrə gözlənilən təlim nəticələri və
məzmun standartları arasında (bilik və bacarıqlar sistemində) reallaşdırılır.
Ümumi orta və tam orta təhsil pillələri üzrə inteqrasiya olunmuş məzmun
xətləri, siniflər üzrə gözlənilən təlim nəticələri və məzmun standartları arasındakı
əlaqə cədvəl şəklində ifadə olunaraq sənədə əlavə edilmişdir.
Ümumi tarix fənn kurikulumuna əsasən əvvəlcə beş məzmun xətti, tarixi
zaman, tarixi məkan, dövlət, şəxsiyyət və mədəniyyət üzrə ümumi orta və tam orta
təhsil pilləsində ümumi təlim nəticələri müəyyənləşdirilmiş və inteqrasiya
olunmuşdur. İki pillə üzrə müəyyənləşdirilmiş nəticələr cədvəldə əksini tapmışdır.
|