Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə42/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   38   39   40   41   42   43   44   45   ...   152
9 Ümumi tarix-kurikulum

4. Şəxsiyyət 
4. Şəxsiyyət 

tarixi  şəxsiyyətləri  dövr  baxımından 
qiymətləndirir, onlara münasibət bildirir; 
-  mənbələri  araşdırmaqla  tarixi  şəxsiyyətlərə 
dair materiallar toplayır, təqdimatlar edir. 
-  tarixi  hadisə  və  proseslərin  gedişində 
şəxsiyyətlərin 
rolunu 
qiymətləndirir, 
mülahizələri əsasında təqdimatlar edir; 
-  tarixi  şəxsiyyətlərə  dair  tədqiqatlar  aparır, 
mövqeyini bildirir və əsaslandırır.  
5. Mədəniyyət 
5. Mədəniyyət 
-  mədəniyyətləri  və  sivilizasiyaları  xarakterik 
əlamətlərinə 
görə 
müqayisə 
edir 
və 
fərqləndirir; 
- müxtəlif xalqların mədəni nailiyyətlərinə dair 
araşdırmalar aparır, təqdimatlar edir. 
 
-  aqrar  (ənənəvi),  sənaye  və  informasiya 
cəmiyyətlərində 
mədəniyyətin 
inkişaf 
xüsusiyyətlərini müqayisə edir və əsaslandırır;  
- müasir dövrün qlobal problemlərinin həllində 
mədəniyyətlərarası 
və 
sivilizasiyalararası 
dialoqların  roluna  dair  materiallar  toplayır, 


 
33 
məruzə və referatlar hazırlayır. 
         
 
  Göründüyü kimi, ümumi orta və tam orta təhsil pillələri üzrə təlim nəticələrinin 
(bacarıqların)  ardıcıl  qeyd  olunması  cədvəldə  inteqrasiyanı  əyani  şəkildə  əks 
etdirməyə imkan verir.  
Belə ki, ümumi orta təhsil pilləsində formalaşdırılan bacarıqlarla tam orta təhsil 
pilləsində  formalaşdırılan  bacarıqlar  məzmun  etibarilə  bir-biri  ilə  sıx  əlaqəlidir,  biri 
digərini tamamlayır və inkişaf etdirir.  
Ümumi  orta  təhsil  pilləsinin  birinci  blokunda  verilmiş  (tarixi  dövrləri 
xarakterik  əlamətlərinə  görə  fərqləndirir,  hadisə  və  faktları  dövr  baxımından 
qiymətləndirir və onlara münasibət bildirir, tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı 
dövlətlərin  inkişaf  xüsusiyyətlərini  müqayisə  edir,  mülahizələrini  şərh  edir)  təlim 
nəticələri  tam  orta  təhsil  pilləsində  verilmiş  təlim  nəticələri  ilə    (mənbələr  əsasında 
müxtəlif tarixi dövrləri təhlil edir, onların  oxşar  və  fərqli cəhətlərini  izah edir, tezis, 
referat,  məruzə  hazırlayır,  tarixi  hadisə,  proses  və  təzahürlərin  səbəb-nəticə 
əlaqələrini  müəyyən  edir  və  tarixi  dövr  baxımından  qiymətləndirir,  dünya  tarixinin 
hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrləri ilə müqayisə edir və təhlillər 
aparır, mülahizələrini bildirir) sıx əlaqəlidir. 
          Ümumi  orta  təhsil  pilləsinin  ikinci  blokunda  verilmiş  (  tarixi  məkana  görə 
ictimai,  iqtisadi,  siyasi  və  mədəni  prosesləri  müqayisə  edir  və  mülahizələrini  şərh 
edir, nəticələri təqdim edir) təlim nəticələri  tam orta təhsil pilləsindəki ikinci blokda 
verilmiş  təlim  nəticələri  ilə  (müxtəlif  tarixi  hadisələri  konkret  məkan  baxımından 
müqayisə  edir  və  mülahizələrini  bildirir,  aqrar  (ənənəvi),  sənaye  və  informasiya 
cəmiyyətlərini  məkana  görə  müqayisə  edir,  onların  xarakterik  cəhətlərini  izah  edir.) 
qarşılıqlı əlaqədədir.  
          Sənəddə  siniflər  üzrə  təlim  nəticələri  arasında  inteqrasiya  gözlənilmişdir.  Bu 
şagirdin siniflər üzrə inkişafını izləməyə imkan verir. 
Nəzərə  almaq  lazımdır  ki,  Ümumi  tarixin  məzmununda  inteqrativlik  yüksək 
dərəcədədir.  Çünki  hər  növbəti  tarixi  mərhələnin  hadisə  və  təzahürləri  müəyyən 
dərəcədə  əvvəlki  hadisələrlə  bağlıdır  və  ondan  asılıdır.  Buna  görə  də  şaquli 


 
34 
inteqrasiya  prinsipi  gözlənilmədən  tarixi  gedişi  anlamaq  mümkün  deyildir.  Həmin 
prisipin  gözlənilməsi  Ümumi    tarix  fənninin  əsas  xüsusiyyətlərindən  biridir.  Digər 
tərəfdən, Ümumi tarix ölkə ərazisində yaşamış və yaşayan insanların həyatının bütün 
sahələrini və təzahürlərini əhatə etdiyi üçün onun başqa fənlərlə, başqa bilik sahələri 
ilə  yüksək  bağlılığı  vardır.  Buna  görə  də  Ümumi  tarix    fənninin  hər  mərhələsində  
üfüqi  inteqrasiya  gözlənilməlidir.  Bu  şagirdlər  tərəfindən  fənnin  məzmununun 
mənimsənilməsinin  zəruri  şərtlərindəın  biridir.  Ümumi  tarixi  tədrisində  iki  tip 
inteqrasiya  tətbiq  etmək  məqsədəuyğundur.  Birinci  tipə  fənn  daxilində  (şaquli  və 
üfqi)  inteqrasiya,  ikinci  tipə  isə  fənlərarası  (üfüqi)  inteqrasiya  daxildir.  Birinci  tip 
inteqrasiya özündə aşağıdakı modelləri birləşdirir: 
 
-fraqmentləşdirilmiş (hissələrə bölünmüş) inteqrasiya; 
 
-əlaqəli inteqrasiya; 
 
- sıxlaşdırılmış (iç-içə yerləşdirilmiş) inteqrasiya. 
 
Kurikulumun  ənənəvi  planlaşdırma  və  təşkili  modeli  olan  fraqmentləşmiş 
fənlərdə olduğu kimi, Ümumi tarix də  müstəqil tədris sahəsidir. Ümumi orta və tam 
orta  təhsil  pillələrində  Ümumi  tarix  ayrıca  fənn  kimi  tədris  olunur.  Bu  modeldə  
fraqmentləşmə  olmasına  baxmayaraq,  Ümumi  tarix  fənni  daxilində  tədris 
prioritetlərini  sistemli  təşkil  etmək,  üst-üstə  düşmə  və  yüklənmə  hallarını  azaltmaq 
üçün inteqrasiya mövzularının, bacarıqların və konsepsiyaların sıra ilə qeyd olunması 
və dəyərləndirilməsi ilə başlana bilər.  

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin