2.2. Tarix təlimin təşkilində istifadə olunan forma və üsullar
barədə
Təcrübə göstərir ki, fəal təlim şəraitində kollektiv, qruplarla, cütlərlə və
fərdi iş daha əhəmiyyətlidir. Kolektiv iş şagirdlərdə qazanılmış kollektivçilik
vərdişlərini inkişaf etdirir.
Kiçik qruplarda iş bir çox interaktiv üsulların ayrılmaz tərkib hissəsidir. Bu
iş interaktiv dərslərdə müxtəlif formalarda həyata keçirilə bilər. Bəzən dərsdə
qarşıya çıxan (və ya qarşıya qoyulan) problemi şagirdlər müstəqil həll etməyə
qadir olmurlar. Bu zaman qrupla iş üsulundan istifadə etməklə şagirdlərin
birlikdə, kollektiv şəkildə, əməkdaşlıq şəraitində problemin həllinə nail olması
mümkündür. Lakin kiçik qruplarda iş adətən çox vaxt apardığından ondan tez-
tez istifadə etmək məqsədəuyğun sayılmır.
Kiçik qruplarda işi təşkil etmək üçün müəllim aşağıdakı məsləhətlərə əməl
etməlidir:
1. Qrupla işləməyə başlayarkən tələsmək lazım deyil. Əgər müəllimin və
şagirdlərinizin kiçik qruplarla iş təcrübəsi yoxdursa, əvvəlcə cütlərlə iş təşkil
etmək olar. Qrupla işləməyə çətin öyrəşən şagirdlərə qarşı xüsusilə diqqətli
olmaq lazımdır. Şagirdlər cütlərlə işləməyi öyrənəndən sonra qruplarda işləməyə
başlamaq olar. Bu zaman əvvəlcə 3 nəfərlik qruplardan başlamaq, şagird
qruplarının müstəqil işləmək qabiliyyəti inkişaf etdikcə qruplardakı şagirdlərin
sayını artırmaq olar. Lakin kiçik qrupa 5 nəfərdən artıq şagird cəlb etmək
məqsədəuyğun deyil.
2. Qruplarda işləməyə öyrədin və onların işinə nəzarət edin.
Sinifdə daima gəzin, qrupda yarana bilən problemi həll etməkdə şagirdlərə
kömək edin. Elə etmək lazımdır ki, şagirdlərə qrupda işləmək üçün hansı
bacarıqların lazım olduğu aydınlaşsın. Nəzərə alın ki, onlar sizin köməyiniz
olmadan qruplarda işləmək üçün tələb olunan bacarıqlara yiyələnə bilməzlər.
Qruplarla işin gedişində aşağıdakı vəziyyətlərə fikir vermək lazımdır:
53
- Qrupların hər bir üzvü öz fikrini söyləyə bilirmi?
- Qrup üzvləri kompromisə və əməkdaşlığa hazırdırmı? Bəzən qruplarda öz
rəyini başqalarına zorla qəbul etdirməyə, öz fikrindən dönməyən şagirdlərə də
təsadüf olunur. Müəllim bu cəhəti diqqət mərkəzində saxlamalıdır.
- Qrup üzvləri bir-birini eşitməyə hazırdırmı? Ancaq özləri danışmaq
istəyir, yoxsa başqasına qulaq asmağa üstünlük verirlər?
- Məsələyə müxtəlif baxışlar yarandıqda onu müzakirəyə çıxarırlarmı?
- Qrup üzvləri bir-birinə suallar verirlərmi, razılıqlarını bildirirlərmi,
nəzakət qaydalarını gözləyirlərmi?
3. Qrupun həcmini müəyyən edin.
Qrup nə qədər böyük olsa, şagirdlərdən bir o qədər çox bacarıq tələb
olunur. Çünki, hər kəsə öz fikrini söyləmək imkanı vermək lazımdır. Dərsdə
problemin öyrənilməsinə nə qədər az vaxt qalırsa, qrupda iştirakçıların sayı bir o
qədər az olmalıdır. İki nəfərdən ibarət qruplarda informasiya mübadiləsinə daha
çox imkan olur. Lakin burada emosional gərginlik ehtimalı çoxdur. Rəylər bir-
birinə uyğun olmayanda qrup iştirakçılarından birinə tərəfdar olacaq adam
yoxdur.
3 nəfərlik qruplarda isə iki güclü iştirakçı qrupun zəif üzvünü təzyiq altına
ala bilir. Buna baxmayaraq burada müvəqqəti koalisiyanın yaranması imkanı da
vardır. Bu isə fikir müxtəlifliyini aradan qaldırmağa imkan verir.
Cüt və tək saylı qruplar fikir müxtəlifliyini aradan qaldırmaq imkanı
baxımından fərqlidir. Təksaylı qrupda mübahisəni səsvermə yolu ilə yoluna
qoymaq mümkün olduğu halda, cütsaylı qrupda buna imkan olmur. Buna görə
də təlim məqsədləri baxımından ən əlverişli qrup 5 nəfərlik qruplardır.
4. Şagirdləri qruplara düzgün bölmək lazımdır.
Qrupların tərkibinin rəngarəng olması məqsədəuyğundur. Qrupda güclünün
yanında zəif, oğlanın yanında qız, müxtəlif mədəniyyətin, sosial qrupun
nümayəndələri birləşməlidir. Bu, məsələni müxtəlif cəhətlərdən nəzərdən
keçirməyə imkan verir.
Şagirdlərin qruplara bölməyin aşağıdakı üsullarını göstərmək olar:
54
- qrupların siyahısı əvvəlcədən hazırlanır və lövhənin kənarından asılır. Bu
zaman hər qrupun toplanış yeri də göstərilir.
- şagirdlərdən 1-dən 5-dək saymaq tələb olunur. Birincilər birinci qrupu,
ikincilər ikincini və s. yaradırlar.
- rəngli kağızlardan istifadə etməklə də qruplar yaratmaq mümkündür.
Qruplar yaradılmasının başqa üsulları da mövcuddur.
Qrupların tərkibini tez-tez dəyişmək məqsədəuyğun deyil. Stabil qruplar
şagirdlərin qrup işində ustalığının artmasına daha çox kömək edir.
5. Qrup daxilində rolları bölüşdürün.
Qruplarda şagirdlər aşağıdakı rollarda çıxış edə bilərlər:
- fasilitator – qrupun fəaliyyətini təşkil edən – yardımçı;
- katib-qeydiyyatçı – işin nəticələrini qeyd edir;
- məruzəçi – qrupun işinin nəticələri haqqında bütün sinfə məruzə edir;
- jurnalist – tapşırığı qrupun daha yaxşı yerinə yetirməsinə kömək etmək
üçün dəqiqləşdirmə tələb edən, yaxud rəqib qrupun diskussiyada verə biləcəyi
sualları verir;
- fəal dinləyici – qrup üzvlərinin ifadə etdiyi mühüm fikirləri öz sözləri ilə
ifadə edir, bununla da, fikrin formalaşmasına kömək edir.
- müşahidəçi – verilən tapşırığın yerinə yetirilməsinin gedişini qeyd edir.
Bu qeydlər qrup üzvlərinə tapşırığın yerinə yetirilməsini daima diqqət
mərkəzində saxlamağa kömək edir. O, həm də qrupun hər bir iştirakçısına
qiymət və ya bal verir.
- vaxtölçən (xronometrist) – tapşırığın yerinə yetirilməsinə verilmiş
vaxtdan istifadə olunmasını izləyir.
Əgər qruplar uzun müddət stabililyini saxlasalar, onda şagirdlərin rollarını
dəyişmək məqsədəuyğundur.
6. Qruplarda işi səmərəli təşkil etmək üçün aşağıdakı cəhətlərə fikir
vermək lazımdır:
- Qrupa elə tapşırıqlar verin ki, onların yerinə yetirilməsi üçün tələb olunan
bilik və bacarıqlar şagirdlərdə mövcud olsun;
55
- Öz təlimatınızın maksimum dəqiq olmasına çalışın. Onu lövhədə və ya
kartoçkalarda yazın.
- Qrupa tapşırığı yerinə yetirmək üçün kifayət qədər vaxt verin. Tapşırığı
tez həll edib qurtaran qrupları məşğul etmək üçün də bir şey fikirləşmək
lazımdır.
- Fikir verin ki, sizin qiymətləndirmə metodunuz qrupla iş üsülündan
istifadəyə necə təsir edir.
- Hər bir qrup üzvünün hüquqlarının qorunmasına fikir verin.
- kooperativ təlim metodları üçün xarakterik olan səs-küylü dərsə hazır
olun.
- İş zamanı qrupdan-qrupa keçərək, onların işlərinə nəzarət edin.
Kiçik qruplarda iş metodundan istifadə qaydaları.
1. Kiçik qruplarda iş üçün tapşırıqlar hazırlayarkən aşağıdakı şərtlərə əməl
edilməlidir:
- hər qrupda işin sonunda əldə olunacaq nəticəni fikirləşmək lazımdır;
- sinfin işinin ümumi yekun nəticəsi müəyyənləşdirilməlidir.
- vaxt amili nəzərə alınmalıdır;
- qrupların səviyyəsi nəzərə alınmalıdır;
2. Tapşırıq haqqında məlumatı bütün sinfə hələ qruplara bölünməzdən
əvvəl vermək lazımdır.
3. Tapşırığın şagirdlərə aydın olub-olmadığı müəyyənləşdirilməlidir.
4. Qruplarda iş qaydalarını hazırlayın və ya yada salın.
5. Tapşırığın yerinə yetirilməsinin hər mərhələsi üçün və ya bütün tapşırıq
üçün ayrılmış vaxt haqqında məlumat verin.
6. Şagirdləri kiçik qruplara bölün, tapşırığı yerinə yetirmək üçün zəruri
materialları paylayın və tapşırığı yerinə yetirməyə başlamaq haqqında göstəriş
verin.
7. Qrupdan qrupa yan olaraq şagirdlərə lazımi köməkliyi göstərin.
8. Qruplarda iş tamamlandıqdan sonra tapşırığın yerinə yetirilməsinin
nəticələri haqqında məlumat üçün qrupların nümayəndələrinə söz verin.
56
Təqdimat zamanı plakat, cədvəl, şəkil və b. əyani vəsaitlərdən istifadə
olunmasına həvəsləndirin. Qrupların iş nəticələrini qeyd etməklə ümumi
tapşırığın yerinə yetirilməsi istiqamətində irəliləyişi göstərmək üçün siz də
cədvəl tərtib edə bilərsiniz.
9. Hər bir təqdimatın yekununu müzakirə edin. Xatırladın ki, qruplar bir-
birinə suallar verə bilərlər.
Qrupda işləyərkən aşağıdakı qaydaları gözləyin:
- hər bir iştirakçı, istəyərsə, öz sözünü deyə bilər;
- qrupun bütün üzvləri o biri üzvlərin baxışlarına, dəyərlərinə hörmətlə
yanaşmalıdır;
- müzakirə olunan ideyalar, təkliflərdir, onları söyləyənlərin kim olmasının
mənası yoxdur;
- bütün iştirakçılar öz fikirlərini qısa şəkildə ifadə edirlər;
- hər bir iştirakçı öz fikrini müdafiə etsə belə, qrup yoldaşının ideyasını
qəbul etməyə hazır olmalıdır;
- iş zamanı məsələdə anlaşılmazlıq, informasiya çatışmazlığı və başqa
çətinliklər meydana çıxarsa, müəllimə və ya dəvət olunmuş ekspertə müraciət
olunmalıdır.
Qrupda iş başa çatdıqdan sonar müstəqil və qrup yoldaşları ilə birlikdə
aşağıdakı sualları cavab tapmaq lazımdır:
- Öz qrupunuzun işini necə qiymətləndirəcəksiniz?
- Nəyi və nə üçün nailiyyət hesab edirsiniz?
- Hansı çətinliklər meydana çıxmışdır?
- Qrupda iş qaydasına nə əlavə etmək və nəyi dəyişmək lazımdır?
Cütlər şəklində iş zamanı məktəblilər tapşırıqlar üzərində cütlərə ayrılaraq
(adətən öz parta yoldaşı ilə və ya yerini dəyişərək digər şagirdlə birlikdə)
işləyirlər. Bu zaman məktəblilər qarşıya qoyulan suala cavab tapmaq üçün bir-
birinə kömək edir, fikir mübadiləsi aparır, bir-birinin cavabını qiymətləndirir.
Təlim prosesində fərdi iş hər bir şagirdin maraq və meyllərini nəzərə
almağa, onların hər biri ilə gücçatan səviyyədə iş aparmağa imkan verir.
57
Təlimin təşkili formaları və üsulları təlim prosesinin qanunauyğunluqları
əsasında müəyən edilir. Bu qanunauyğunluqlar təlim prosesinin aşağıdakı
komponentləri arasındakı obyektiv, zəruri, ümumi, sabit və təkrarlanan
əlaqələrdə təzahür edir:
Ümimi tarix fənninin təlim məqsədləri.
Ümumi tarix fənninin təlim məzmunu.
Ümumi tarix fənni üzrə şagirdlərin dərketmə imkanları.
Ümumi tarix fənninin təlimində müəllimin təşkilatçılıq və şagirdlərin
öyrənmə fəaliyyətləri, onun təşkili formaları, üsulları və vasitələri.
Ümumi tarix fənninin təlim nəticələri.
Təlim prosesinin idarə edilməsi müəllimdən bu komponentlərin, amillərin
mühüm əlamətlərini, onların hər birinin tərkib hissələrini və bir-biri ilə
əlaqələrini bilməsini tələb edir.
Tarix təliminin məqsədləri üç qrupa bölünür:
1. Təhsil məqsədləri.
2. Tərbiyə məqsədləri.
3. İnkişafetdirici məqsədlər.
Hər bir tarix dərsində şagirdlər mükəmməl tarix təhsilinə daxil olan
biliklər sisteminin müəyyən elementlərini qavrayır, başa düşür, yadda saxlamaq
üçün onu tətbiq edirlər. Tarix təliminin əsasında faktlar durur. Tarixi faktları
öyrətmədən və öyrənmədən şagirdlərin təsəvvüründə keçmişin canlı mənzərəsini
yaratmaq, keçmişin və ya müasir dövrün icitimai həyat hadisələrinin elmi
izahını vermək mümkün deyil. Tarixin elmi izahını verə bilmək üçün isə
şagirdlər faktları, onların əlaqə və münasibətlərini təhlil etməli, faktik
materialdan mühüm cəhətləri ayırmalı və ümumiləşdirməli, tarixi anrlayışlar
sistemi, icitmai inkişafın qanunları və dünyagörüşü ideyaları haqqında biliklərlə
silahlanmalıdırlar. Tarixin elmi izahında hər bir tarix dərsinin öz yeri var. Buna
görə də hər bir tarix dərsinin təhsil məqsədi hansı tarixi təsəvvürlərin, yaradılan
obrazların, hansı tarixi anlayışlalrın, və onların əlamətlərinin, hansı qanunların
58
və ya onların konkret təzahürünün, hansı dünyagörüşü ideyalarının öyrənməsi və
mənimsənilməsi kimi suallara verilən konkret cavablardan ibarətdir.
Tarix təliminin tərbiyəedici vəzifəsi tərbiyənin təlimlə dialektik vəhdətdə
olmasından irəli gəlir. Tarix təlimi prosesində şagirdlərdə öyrənilən hadisə və
təzahürlərə müəyyən münasibətlər formalaşır, mənimsənilmiş biliklər vasitəsi ilə
gerçək aləmi qiymətlənidrmək bacarığı yaranır, qiymətlər, fərdi baxışlar sistemi
əmələ gəlir.
Tarix təlimi prosesində müəyyən şəxsiyyət tipinin formalaşdırılması
sahəsində tərbiyə işi bir-biri ilə sıx surətdə bağlı olan üç istiqamətdə aparılır:
ümumbəşəri, milli və sosial dəyərlərə yiyələnmək. Odur ki, təlim məqsədlərində
təhsil vəzifələri ilə yanaşı şəxsiyyət tipinin formalaşdırılması istiqamətlərində
qarşıda duran vəziyələr konkret göstərilməlidir.
Təlimin həm təhsil, həm də tərbiyə məqsədlərinin reallaşdırılması
inkişafetdirici məqsədin düzgün müəyyənləşdirilməsindən və dərsdə həyata
keçirilməsindən asılıdır. Bu da şagirdlərin təlimi, tərbiyəsi və inkişafının
vəhdətindən irəli gəlir.
İnkişafetdirici məqsəd dedikdə şagirdlərin inkişaf etdirilməsi sahəsində
dərsdə əldə ediləcək nəticənin konkret olaraq göstərilməsi başa düşülür. Tarix
təlimi prosesində şagirdin bir şəxsiyyət kimi aşağıdakı cəhətləri inkişaf
etdirilməlidir:
Tarixi materialın öyrənilməsi üçün şagirdlərdə diqqətin inkişaf
etdirilməsi.
Şagirdlərin zehni fəaliyyətinin çevikliyinə, müxtəlif çətinlik
səviyyəsində olan təlim məsələlərini nəzəri bilikləri tətbiq etməklə həll etmək
qabiliyyətinin inkişafına nail olunmalıdır.
Təlimin həm tərbiyə, həm də təhsil məqsədlərinin həyata keçirilməsi
inkişafetdirici məqsədlərin nə dərəcədə düzgün müəyyənləşdirilməsindən və
reallaşdırılmasından asılıdır. Təhsilsiz tərbiyə olmadığı kimi, inkişafsız da nə
təhsil, nə də tərbiyə mümkündür. Bu mənada təlimin hər üç məqsədi kompleks
şəkildə götürülməli, hər bir dərsdə həll edilməlidir.
59
Təlimin məqsədi onun məzmunu ilə qarşılıqlı əlaqədə olsada yalnız biliy
əks etdirmir. Ö özündə biliklə yanaşı qazanılan fəaliyyəti də birləşdirir. Buna
görə də məqsədin çıxarılmasında dövlətin qoyduğu standartlar əsas rol oynayır.
Təsadüfi deyil ki, cəmiyyətin məktəb qarşısına qoyduğu vəzifələrdə müəyyən
ciddi dəyişikliklər baş verdikdə təlimin məzmununu özündə əks etdirən tədris
proqramları və dərsliklərdə də müvafiq dəyişikliklər edilmişdir.
Təlim nəticələrinin kompleks şəkildə yerinə yetirilməsi üçün nəzəri və
praktik fəaliyyəti əks etdirən material (iş vərəqləri və s.) elə işlənilməlidir ki,
müxtəlif inkişaf səviyyəsinə malik şagirdlər onu dəqiq başa düşsünlər Əks halda
dərsə qoyulan tələblər reallaşmayacaq və ya natamam reallaşacaqdır.
Dərsə hazırlaşarkən müəllim hər şeydən əvvəl faktlarda «gizlənmiş» nəzəri
materialı ayırmalıdır. Məsələn, məlumdur ki, feodal malikanəsi faktında feodal
istehsalını səciyyələndirmək üçün lazım ola biləcək nəzəri biliklər («nəzəri
yük») də vardır (məsələn, feodal istehsal üsulunun quldarlıq istehsal üsuluna
nisbətən daha yüksək əmək məhsuldarlığını təmin etməsi). Lakin bu nəzəri bilik
həmin faktda açıq-aşkar şərh olunmur. Bu biliyi feodal malikanəsini təhlil
edərkən şagird faktın özündən çıxarır. Bu zaman tədqiqat sualının rolu
böyükdür. Məhz tədqiqat sualında həmin bilik “gizlənmişdir”.
Şagirdlərin
dərketmə
imkanları
təlim
prosesinin
mühüm
komponentlərindən biridir. Hər hansı təlim materialının öyrədilməsi sahəsində
müəllimin gördüyü işin nəticəsi şagirdlərin fəaliyyət və dərketmə imkanlarının
nəzərə alınıb-alınmamasından asılıdır.
Hər bir dərsin təlim, tərbiyə və inkişafetdirici məqsədləri, onun məzmunu
müəyyənləşdirilərkən sinifdəki şagirdlərin dərketmə imkanları nəzərə
alınmalıdır. Dərsin məqsədi və məzmunu şagirdlərin dərketmə imkanlarına nə
qədər uyğun olarsa, təlimin nəticəsi də bir o qədər uğurlu olacaqdır: qarşıya
qoyulan məqsəd reallaşdırılacaq, sinfin zəif, orta və quvvətli şagirdləri yeni
materalın məzmunu asanlıqla dərk edəcəklər. Təlimin düzgün müəyyən edilmiş
məqsədə uyğun təşkil edildiyi şəraitdə fənnin məzmunu dərsdən-dərsə
şagirdlərin dərketmə imkanlarını inkişaf etdirir.
60
Şagirdlərin dərketmə imkanları təkcə dərsin məqsəd və məzmunun
müəyyənləşdirilməsinə təsir göstərmir. Məlumdur ki, növbəti dərsin
məzmununu işləyib hazırlayarkən müəllim onun öyrənilməsi üsullarını da
müəyyənləşdirir. Müəllimin təşkilatçılıq, şagirdlərin öyrənmə üsulları
şagirdlərin dərketmə imkanlarına müvafiq olaraq seçilir.
Müəllimin fasilitatorluq və şagirdlərin tədqiqatşılıq fəaliyyəti, onun təşkili
formaları, üsulları və vasitələri təlim prosesində əsas yer tutur. Ümumiyyətlə,
təlimin, ayrılıqda hər bir dərsin məqsədlərinin reallaşdırılması təlimin
şagirdlərin qazanacağı bilik və bacarığa çevrilməsi, məktəblilərin tərbiyəsi və
inkişafı bu amildən asılıdır. Müəllimin təlimdəki xüsusi rolu da bununla
müəyyən olunur. O, tarix təliminin üsul və vasitələrinə dərindən bələd olmalı,
bunları təlimin məqsəd və məzmununa, şagirdlərin dərketmə və bacarıq
imkanlarına müvafiq olaraq tətbiq etməyi bacarmalıdır.
Təlimin təşkili forması, müəllimin fasilitatorluq, şagirdlərin isə
tədqiqatçılıq üsulları və vasitələri onun təlim məqsədlərinə, məzmununa və
şagirdlərin imkanlarına uyğun olaraq seçilir; bu uyğunluq nə qədər çox olarsa,
təlimin nəticəsi də bir o qədər uğurlu olur.
Hazırda təlimin nəticəsi reallışdırılmış məqsəd kimi başa düşülür. O, dərsin
sonunda şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi, habelə tərbiyə
edilməsi sahəsində müəllim və şagirdlərin nailiyyətlərini göstərir.
Hazırki dövrdə bütövlükdə təlim prosesi fənnin ümumi təlim nəticələrinin
reallaşdırılması istiqamətində təşkil edilməlidir. Hər bir sinfin, bütövlükdə isə
fənnin ümumi təlim nəticələrinə nail olunması təlimin təşkili forma və
üsullarının nə dərəcədə uğurlu seçilməsindən asılı olacaqdır.
Fənnin ümumi təlim nəticələrinin həll edilməsi bilavasitə şagirdlərin
fəaliyyəti ilə bağlıdır. Hər hansı bir nəticə şagirdin fəaliyyətinin nəticəsidir. Ona
görə də təlim prosesi elə təşkil olunmalıdır ki, şagirdlərin çoxsahəli fəaliyyətini
və çoxşaxəli qabiliyyətlərinin inkişafına şərait yaratmış olsun. Buna görə də
təlimin təşkilinin elə formalarına üstünlük verilməlidir ki, burada şagird təlim
materialları – müxtəlif informasiya mənbələri üzərində müstəqil işləməklə
61
nəzərdə tutulan standartlara uyğun olan bacarıq və vərdişlərə yiyələnsinlər.
Lakin nəzərə almaq lazımdır ki, nə qədər əhəmiyyətli olsa da yalnız təlimin
təşkilat forması ilə buna nail olmaq mümkün deyil. Burada birinci növbədə
təlimin metod və üsullarının düzgün seçilməsi tələb olunur. hazırki dövrdə
şagirdlərin fəallığına geniş imkan verən metod interaktiv metod hesab edilir.
Ona görə də ümumi tarix fənninin ümumi təlim nəticələrinə nail olunması üçün
interaktiv metoddan istifadə edilməsini zəruri hesab etmişik.
Ümumi tarix fənninin tədris edilməsi üçün dairəvi masa məşğələləri, beyin
həmləsi, söz assosiasiyaları, diskussiya, debatlar, layihələrin hazırlanması, konkret
situasiyaların təhlili, sərbəst söhbət, rollu oyunlar, BİBÖ, Venn dioqramı,
şaxələndirmə kimi interaktiv metodlardan istifadə etmək daha məqsədəuyğundur.
Dostları ilə paylaş: |