63
Aparıcı müəllimin həll etməli olduğu məsələlərdən biri də çıxışlardakı
təkrarlanmaların qarşısını almaqdır. Çox zaman məşğələdə eyni fikir təkrarlanır,
mövqelər dəqiqləşmir, iştirakçıların mövqelərində yaxınlaşmaya nail olmaq
mümkün olmur. Bu cür hallarda müəllim ya müzakirəni tamamlayır, ya nəzəri
istiqamət almış müzakirəni praktik məcraya yönəldir, ya da praktik xarakterli
çıxışlardan məsələnin nəzəri cəhətdən əsaslandırılması üçün istifadə edir.
Dostları ilə paylaş: