Dairəvi (dəyirmi) masa məşğələləri Dairəvi «(Dəyirmi) masa» anlayışının 3 əsas əlaməti mövcuddur:
1) müzakirə edilən məsələ hələ həll olunmamışdır
2) maraqlı tərəflərin nümayəndələrinin bərabər hüquqla iştirakı
3) bütün iştirakçılar üçün münasib olan qərarın, məsləhətlərin qəbul
edilməsi.
Bu əlamətlərə əsasən təlim məşğələsi kimi «dairəvi masa»nı aşağıdakı kimi
səciyyələndirmək olar: «Dairəvi masa» haqqında bir neçə nöqteyi-nəzərin
mövcud olduğu məsələnin bərabərlik şəraitində müzakirəsinə və tərəflər üçün
münasib şərarın qəbul edilməsinə həsr edilən seminar məşğələsidir. Bu məşğələ
3 mərhələdən ibarət olur:
1) hazırlıq mərhələsi
2) problemin müzakirəsi
3) görülmüş işin yekunlaşdırılması