Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə52/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   48   49   50   51   52   53   54   55   ...   152
9 Ümumi tarix-kurikulum

I. Hazırlıq mərhələsi. 
Bu mərhələdə aşağıdakı məsələlər həll edilir: 
1) Tematik  plan  və  tədris  proqramı  əsasında  müzakirə  ediləcək  mövzu 
seçilir.  Mövzu  (məsələ)  birmənalı  olmamalı,  zididyyətli,  problem  məsələ 
olmalıdır. 


 
62 
2) Məşğələnin  məqsədlərinin  müəyyənləşdirilməsi.  Məqsədlər  3  əsas 
müddəa əsasında müəyyən edilir: 
- mövzuya aid biliklərin dərinləşdirilməsi 
-  müzakirə  edilən  məsələlər  ümumiyyətlə  tarix  təhsilinin  məqsədlərinə,  o 
cümlədən öyrənilən mövzunun məqsədlərinə nə dərəcədə yararlıdır; 
3)  Hazırlıq  mərhələsində  həll  edilən  məsələlərdən  biri  də  mütəxəssislərin 
dəvət olunmasıdır. Onlar  mövzunun  məzmunundan asılı olaraq dəvət olunurlar. 
Elə  adamlar  olmalıdır  ki,  onların  nöqteyi-nəzərləri  bir-birinə  zidd  olsun,  lakin 
yekunda  razılaşma  əldə  edilə  bilsin.  «Qarabağ  problemi»nin  müzakirəsinə 
Qarabağ  müharibəsinin  iştirakçısını,  xarici  işlər  nazirliyinin,  Dağlıq  Qarabağın 
Azərbaycanlı  icmasının,  müxalifətin,  Milli  Məclisin,  beynəlxalq  təşkilatların 
nümayəndələrini dəvət etmək olar. 
4) Şagirdlərə  məsləhətlərin  verilməsi. Məsləhətlər  fərdi  və qrup  xarakterli 
ola bilər. Qrup məsləhətləri hazırlığın başlanğıc və son mərhələsində verilə bilər. 
Fərdi  məsləhətlər  həm  şagirdlərin,  həm  də  müəllimin  təşəbbüsü  ilə  təşkil  oluna 
bilər. 
5)  Otağın  (yerin)  hazırlanması.  Bütün  iştirakçıların  dairə  üzrə  oturması 
məsləhətdir.  Bütün  texniki  vasitələr  ekranın  qarşısında  yerləşdirilir.  Müəyyən 
mövqe  üzrə  və  yaranmış  şagird  mikroqrupları  oturduqları  stulların  arxasındakı 
divardan öz mövqeyini bildirən plakatları asa bilərlər. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin