64
Beyin həmləsi
“Ümumi tarix” fənninin tədrisi zamanı şagirdlərdə yeni mövzuya maraq
oyatmaq, habelə onların nəyi yaxşı və ya pis bildiklərini aydınlaşdırmaq
məqsədilə beyin həmləsindən istifadə olunur. Bunu əqli hücum da adlandırılır.
Hazırlanmış sual lövhədə yazılır, yaxud şifahi şəkildə şagirdlərin diqqətinə
çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini bildirirlər. İdeyalar şərhsiz və
müzakirəsiz lövhədə yazılır. Sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və
təsnifatı aparılır. Əsas ideyalar yekunlaşdırılır, şagirdlər söylənmiş fikirləri
təhlil edir və qiymətləndirir. Müəllim mümkün qədər çox şagirdin fikir
söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam
şəkildə müxtəlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizələr
heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur.
Sonra təhlil, müzakirə mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə
və əleyhinə fikirlər söylənilir. Şagirdlər müzakirə olunan problemin həlli üçün
faydalı hesab etdikləri ideyaları seçirlər. Beyin həmləsini reallaşdırmaq
motivasiya mərhələsində daha çox istifadə olunur. Buna misal olaraq: Hindistan
mövzusu. Müəllim beyin həmləsi edərək öncə Hindistana aid olan bəzi şəkilləri
göstərir. Sonra açar sözlərdən istifadə edərək “hücuma” keçir. Şahmatın
vətənidir, Mahbarata və Ramayana pomesı burda yaranıb, kasta quruluşu
müvcud olub, rəqəmlər ilk dəfə burda yaradılıb, ən nəhayyətsə filimləri ilə
məhşurdu və ən çox filim u ölkədə çəkilir. Təbii ki, şagirdlər belə sözlərdən
sonra bu ölkənin Hindistan olduğunu düşünüb tapa bilər.
Əqli hücum şagirdləri fəallaşdırmaqla bərabər, fikri yığcam və dəqiq ifadə
etmək, sinifdə bir-birini
dinləmək
bacarığı aşılanmasına, mövzunun
öyrənilməsinə yeni yanaşmaların meydana çıxmasına səbəb olur.
Dostları ilə paylaş: