Suallar “Ümumi tarix” fənninin tədrisində suallar şagirdin qazandığı bilik və
bacarıqları sistemləşdirməyə xidmət edir, dərs prosesində tədqiqatların səmərəli
qurulmasını stimullaşdırır. Şagirdlərin idrak fəallığının artırılmasında böyük rol
oynayır. Sualların sayı sinifin səviyyəsinə görə 4-5 arasında və daha artıq ola
bilər. Sualların qoyuluşu məntiqi təfəkkürün inkişafına doğru yönəldilməli,
ardıcıllıq gözlənilməlidir.
Mühazirə Mühazirəməlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. “Ümumi
tarix” fənninin tədrisində bu üsuldan qoyulmuş problemlə bağlı şağirdin
təsəvvürünün genişləndirilməsi, problemin həllinin ən asan, ən qısa yolunun
izahı və məqsədə çatmaq üçün müraciət ediləcək mənbələri tanıtmaq üçün
istifadə edilir. Mühazirələr 10-15 dəqiqə ərzində aparılır.
Mühazirə deyərkən aşağıdakıları nəzərə almaq tövsiyyə edilir:
Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək,