Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə58/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   54   55   56   57   58   59   60   61   ...   152
9 Ümumi tarix-kurikulum

 
Bilirəm 
 
İstəyirəm 
biləm 
         
        Öyrəndim 


 
66 

  Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq). 

 
Əyani və texniki vasitələrdən  istifadə etmək. 
  
Müəllim  mühazirə  prosesini    verbal  (suallar  vermək)  və  vizual  (şagirdlərin 
sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) olaraq tənzimləməlidir. 
  
  
Söz assosiasiyaları 
 
“Ümumi  tarix”  fənninin  tədrisində  bu  üsuldan  istifadə  edilərkən 
öyrəniləcək  mövzuya  aid  əsas  söz  (və  ya  söz  birləşməsi)  lövhəyə  yazılır. 
Şagirdlər  həmin    söz  ilə  bağlı  ilk    xatırladıqları  fikirləri  söyləyir  və  həmin 
fikirlər müəllim tərəfindən lövhəyə
 
yazılır. Mövzu ilə  bağlı olan sözlər deyilən 
fikirlərin  arasından  seçilir  və  əlaqələndirilir,  onlardan  anlayış  və  yaxud  ideya 
çıxarılır. Bu  anlayış  əsasında yeni  materialın öyrənilməsinə  başlanır. Bu üsul 
həm də şifahi formada tətbiq edilə bilər. 
 
Müzakirə 
 
 
“Ümumi  tarix”  fənninin  tədrisində  müzakirə  mövzu  ətrafında  ideya, 
məlumat,  təəssürat,  təhlil  və  təkliflərin  qarşılıqlı  mübadiləsidir.  Onun  əsas 
vəzifəsi  problemi  təhlil  edərək  həlli  yolunu  tapmaq,  düzgün  qərar  qəbul  etmək 
üçün  imkan  yaratmaqdır.  Müzakirə  dinləmək,  təqdim  etmək,  sual  vermək 
mədəniyyətini  formalaşdırır,  şagirdlərin  məntiqi  və  tənqidi  təfəkkürünü,  şıfahi 
nitqini inkişaf etdirir. 
 
 
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. 
Mövzu    aydın  şəkildə  ifadə  olunur.  Müzakirə  prosesini  inkişaf  etdirən  suallar 
vermək  və  şagirdlərin  cavablarını  nəzərdən  keçirməklə  müəllim  müzakirəni 
tənzimləyir.  Bu  zaman  cavabı  “Bəli”  və  ya  “xeyr”  olan  qapalı  suallar  vermək 
məqsədəuyğun hesab edilmir. 
 
Akvarium 
 
 
Bu  üsulun  məqsədi  diskussiya  vərdişlərini  inkişaf  etdirməkdir.  “Ümumi 
tarix” fənninin tədrisində akvarium bir neçə variantda keçirilə bilər. 
 
 
 “Akvarium”un keçirilməsinin 1-ci  variantı: 


 
67 
         
 Şagirdlərin  köməyi  ilə  diskussiya  aparmaq  qaydaları  (məsələn, 
reqlamentə  əməl  etmək,  bir-birinin  sözünü  kəsməmək  və.s)  müəyyən  edilir. 
Şagirdlər  2  qrupa  bölünür.  Bir  qrup  dairənin  daxilindəki  stullarda  əyləşərək 
müəllimin  təklif  etdiyi  problemi  müzakirə  edir.  Dairədən  kənardakı  stullarda 
əyləşmiş  digər  qrup  isə    diskussiyanın  müəyyən  edilmiş  qaydalara  uyğun  
aparıldığını  müşahidə edir. 
  
Müəyyən  olunmuş  mövzu  üzrə birinci qrup diskussiya aparır. 10-15 dəqiqədən 
sonra  diskussiya  dayandırılır,  “xarici  dairənin”  iştirakçıları  diskussiyanın 
gedişini  qiymətləndirir  və  qruplar  yerini  dəyişərək  bu  və  ya  digər  problemin 
müzakirəsini davam etdirirlər. 
 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin