Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə46/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   42   43   44   45   46   47   48   49   ...   152
9 Ümumi tarix-kurikulum

                                                Fəal dərsin mərhələləri: 
  
 I mərhələ: motivasiya, problemin qoyulması 
  
 
           “Ümumi  tarix”  fənninin  tədrisi  prosesndə  hər  bir  tədqiqat  problemin 
müəyyənləşdirilməsi ilə başlayır. Əsl problem  həmişə çoxsaylı fərziyyələr, ehtimallar 
doğurur  və  bunları  yoxlamaq  üçün  ilk  növbədə  tədqiqat  sualının  formalaşdırılması 
lazım  gəlir.  Çünki  tədqiqat  sualı  yeni  biliklərin  kəşf  olunmasında  bələdçi  kimi  çıxış 
edir. 
  
Bu  mərhələdə şagirdlər düşünməyə, idraki fəallığa sövq edildiyindən, o həm də 
motivasiya adlandırılır. 
  
“Ümumi tarix” fənnində motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərin 
əməl edilməsi tövsiyə edilir: 
1.  Motivasiya üçün seçilən material qeyri-adi, maraqlı olmalı; 
2.  Fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və yaradıcılıq üçün  imkan verməli; 
3.  Müəllim şagirdlərə yönəldici suallar verməli, fərziyyələri irəli sürərkən  onları 
həvəsləndirməli; 


 
50 
4.   Tədqiqat  sualı  təlim  standartlarına  əsasən  müəyyənləşdirilməli  və  dərsin 
məqsədinə  yönəldilməli. 
5.  Müxtəlif  audio-vüzual  vasitələrlə  şagirdlərin  diqqətini  şəkərək  maraq 
oyatmalıdir. 
6.  Motivasiya mürəkkəb olmamalı, dərsin çox hissəsini aparmamalıdır. 
7.  Motivasiya tədqiqat sualının ortaya qoyulması ilə bitməlidir. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin