4.1. Tarixi şəxsiyyətləri
dövr baxımından
qiymətləndirir.
4.1.1. Tarixi
şəxsiyyətləri (I Pyotr,
Corc Vaşinqton, III
Səlim, Nadir şah, Ağa
Məhəmməd şah Qacar,
I Napaleon, I
Aleksanadır, Avraam
Linkoln, Franklin
Ruzvelt, Vladimir İliç
Lenin, İosif
Visarianoviç Stalin,
Mustafa Kamal Atatürk,
Sun Yatsen, Şarl de
Qoll, Konrad Adenaur,
Turqut Özal, Mao
Tszedun, Cəvahirləl
Nehru, Heydər Əliyev)
mənsub olduqları
ölkələrin daxili və
beynəlxalq həyatına
təsiri baxımından
qiymətləndirir.
42
rolunu izah edir.
Mus. 1.1.1
Az-d. 2.2.3.
Ə. 2.1.3.
Az-t. 4.1.1.
Az-t. 4.1.1.
Az-d. 2.2.3.
Az-d.2.2.3.
Az-t. 4.1.1.
4.1.2. Mənbələr əsasında
qədim dövrün tarixi
şəxsiyyətləri haqqında
məlumatlar toplayır,
təqdim edir.
Az-t. 4.1.2.
Ə.2.1.3.
İnf. 3.2.3.
T-i. 1.3.1.
4.1.2. Dövlətin və
mədəniyyətin
inkişafında tarixi
şəxsiyyətlərin rolu
ilə bağlı məlumatlar
toplayır və
təqdimatlar
hazırlayır.
Az-t. 4.1.2.
İnf. 3.2.3.
Ə.2.1.3.
T-i. 1.3.1.
4.1.2. Tarixi
şəxsiyyətlərin oxşar
və fərqli cəhətləri ilə
bağlı cədvəl
hazırlayır.
İnf. 3.2.4.
Az-t.4.1.2.
T-i. 1.3.1.
4.1.2. Topladığı materiallar
əsasında tarixi şəxslərə dair
esse və hekayələr yazır.
Az-d. 3.1.4.
X-d. 4.1.1.
Az.t. 4.1.2.
T-i. 1.3.1.
4.1.2. Tarixi
şəxsiyyətlərin
fəaliyyətinə dair
məruzə və referatlar
hazırlayır.
İnf. 4.1.2.
A-d. 4.1.4.
Ə. 3.1.3.
X-d. 4.1.4.
Az-t. 4.1.2.
4.1.2. Tarixi
şəxsiyyətlər haqqında
araşdırmalar aparır,
təqdimatlar edir.
İnf. 3.3.2.
Ə. 3.1.2.
X-d. 4.1.4.
Az-t. 4.1.2.
Mədəniyyət
VI sinif
VII sinif
VIII sinif
IX sinif
X sinif
XI sinif
5.1. Mədəniyyətləri və
sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Mədəniyyətin
ayrı-ayrı sahələrinin
insanların həyat tərzi
ilə əlaqələrini izah
edir.
Az-d. 1.2.4.
Ə. 2.1.3.
X-d. 1.1.1.
Az-t. 5.1.1.
5.1. Mədəniyyətləri
və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Avropa və
Şərq mədəniyyətinin
inkişaf
xüsusiyyətlərini izah
edir.
İnf. 3.2.1. 3.2.3.
X-d. 2.1.3.
Az-t. 5.1.1.
5.1. Mədəniyyətləri
və sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Şərq və
Qərbdə intibah
mədəniyyətinin
xüsusiyyətlərini
izah edir.
Az-d. 1.2.1.
X-d. 2.1.3.
5.1. Mədəniyyətləri və
sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətlərin
inkişafına təsir edən amilləri
izah edir.
Az-d. 2.2.3.
X-d. 2.1.3.
5.1. Mədəniyyətləri və
sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Aqrar (ənənəvi)
və sənaye
cəmiyyətlərinin
mədəniyyətlərin
inkişafına təsirini izah
edir.
X-d. 2.1.1.
A-d. 2.2.3
B.3.2.5.;4.2.1.
K.4.2.1.
5.1. Mədəniyyət və
sivilizasiyaları
qiymətləndirir.
5.1.1. Aqrar (ənənəvi),
sənaye və informasiya
cəmiyyətlərinin
mədəniyyətin inkişafına
təsirini izah edir.
Ə. 3.1.1.
X-d. 3.1.1.
43
5.1.2.
Mədəniyyətlərarası və
sivilizasiyalararası
əlaqələrə münasibət
bildirir.
Az-d. 1.2.4.
Ə. 3.1.2.
Az-t. 5.1.2.
5.1.2. Şərq
mədəniyyətinin
dünya
mədəniyyətinə
təsirini müəyyən
edir.
Az-t. 5.1.2.
Ə. 2.1.3.
X-d . 2.1.3.
5.1.2. Elmi kəşf və
ixtiraların dünya
mədəniyyətinin
inkişafına təsirini
izah edir.
Az-t. 5.1.2.
Ə. 4.1.3.
Az-d. 2.1.3.
5.1.2.Mədəniyyətlərarası və
sivilizasiyalararası qarşılıqlı
təsiri və ziddiyyətləri izah
edir.
Az-t. 5.1.2.
H-b. 3.2.1.
X-d. 2.1.3.
5.1.2. Aqrar (ənənəvi)
və sənaye
cəmiyyətlərinin
mədəniyyətlərarası və
sivilizasiyalararası
əlaqələrə təsirini
əsaslandırır.
X-d. 2.1.3.
Ə. 2.1.3.
5.1.2. Aqrar (ənənəvi),
sənaye və informasiya
cəmiyyətlərinin
mədəniyyətlərarası və
sivilizasiyalararası əlaqələrə
təsirini əsaslandırır.
Az-t. 5.1.2.
Ə. 2.1.3.
X-d. 3.1.4.
5.1.3. Mədəniyyətlərə,
mədəniyyətlərarası
əlaqələrə dair
məlumat toplayır,
təqdim edir.
Az-t. 5.1.3.
İnf. 3.2.1.
Az-d. 1.2.1.
X-d. 2.1.3.
Ə. 3.1.2.
5.1.3.
Mədəniyyətlərin
inkişafı ilə bağlı
materiallar toplayır.
Az-t. 5.1.3.
Az-d. 3.1.2.
Ə.3.1.2.
5.1.3. Dünya
mədəniyyətinin
nailiyyətlərinə dair
cədvəl və qrafiklər
hazırlayır.
Az.t. 5.1.3.
İnf. 2.1.2.
Az-d. 3.1.3.
X.d. 4.1.4.
5.1.3.Mədəniyyətlərarası və
sivilizasiyalararası əlaqələrə
dair esse və hekayələr yazır.
Az-d. 3.1.3.
X-d. 4.1.1.
H-b. 3.2.1.
5.1.3. Aqrar (ənənəvi)
və sənaye
cəmiyyətlərinin
mədəniyyətlərarası və
sivilizasiyalararası
əlaqələrə təsiri ilə bağlı
referat və məruzələr
hazırlayır.
Az-t. 5.1.2, 5.1.3.
Az-d. 3.1.4.
Ə. 3.1.2.
X-d. 4.1.4.
5.1.3.Mədəniyyətlərarası və
sivilizasiyalararası əlaqələrə
dair referat və tezislər
hazırlayır.
Az-t.5.1.3.
Az-d. 3.1.4.
Ə.3.2.1.
X-d. 2.1.3.
İxtisarlar:
Azərbaycn taix -Az-t.
Azərbaycan dili-Az-d.
Ədəbiyyat-Ə.
İnformatika-İnf.
Xarici dil-X-d.
Təsviri incəsənət-T-i.
44
Musiqi-Mus.
Kimya- K.
Biologiya- B.
Coğrafiya- C.
Həyat bilgisi- H-b.
45
II Təlim strategiyaları
2.1. Ümumi tarix təliminin təşkilinə verilən əsas tələblər
Demokratik cəmiyyət quruculuğu yolu ilə gedən ölkəmizdə hər hansı bir
fənn üzrə təlim strategiyasını hazırlayarkən demokratiyanın aşağıdakı beş şərti
nəzərə alınmalıdır:
Demokratiya müzakirə-düşüncələrin mübadiləsi deməkdir.
Demokratiyaya yalnız müzakirə zamanı nail olmaq mümkündür. Ona
görə də əgər sinifdə demokratik ab-havanın olmasını istəyiriksə, o zaman bütün
şagirdlərin müzakirəyə qatılması planlaşdırılmalıdır.
Öz fikrini, öz baxışını bölüşənlər üçün demokratik şərait lazımdır. Ona
görə də bu, təlim elə təşkilat formalarını və üsullarını planlaşdırılmağı tələb edir
ki, orada hər bir şagird öz baxışlarını sərbəst şəkildə elan edə bilsin.
Hər bir kəsin öz fikrini, baxışını bildirmək haqqı vardır. Təlim
prosesində elə bir psixoloji mühitin yaradılması planlaşdırılmalıdır ki, burada
başqasının rəyinə hörmətlə yanaşılsın, plüralizm şəraiti mövcud olsun.
Demokratiya görkəmli şəxsiyyətlərə hörməti qəbul edir, lakin «nüfuzlu
adamlar səhv etmir» fikri ilə razılaşmır. (Düşüncəyə təzyiq, fikir ağalığı tiranın
hakimiyyəti qədər qorxuncdur). Bu sözlər həm sinifdə aparıcı şəxsiyyət hesab
edilən müəllimə, həm də dərsdə rəyi müzakirə olunan istənilən subyektə aiddir.
Bu şərtlər istər təlim strategiyasının planlaşdırılmasının, istərsə də onun
dərsdə reallaşdırılmasının əsasında durmalıdır.
Hər hansı bir dövrdə cəmiyyətin təhsilə verdiyi tələblər həmin cəmiyyətin
iqtisadi, sosial-siyasi və mədəni inkişafından doğan tələbatları ilə sıx bağlı olur.
Bununla əlaqədar olaraq, müasir dövrdə ölkəmizdə tarix dərsinə verilən
tələbləri müəyyənləşdirən amillərdən aşağıdakıları göstərmək olar:
Bazar iqtisadiyyatına keçid: bazar iqtisadiyyatına əsaslanan cəmiyyət
şəxsiyyətdən dərin bilik, mənəvi zənginlik, yüksək qabiliyyət, bacarıq və
vərdişlər tələb edir
Ölkəmizin hazırki beynəlxalq vəziyyəti: beynəlxalq münasibətlər
sistemində baş verən sürətli dəyişikliklər şəraitində ermənilərin ölkəmizə qarşı
46
ərazi iddiaları ilə bağlı tarixi saxtakarlıqları, xalqımıza qarşı böhtan və iftiralar
cəmiyyətdən dünyada gedən hadisə və təzahürləri düzgün qiymətləndirməyi, öz
baxışlarının düzgünlüyünü sübut etməyi bacaran şəxsiyyət yetişdirməyi tələb
edir.
Müasir dövrdə elmi biliklərin sürətli artımı, informasiya axınının
intensivləşməsi bu informasiya axınından baş açmağı, özü üçün zəruri olan
məlumatları seçməyi və sistemləşdirməyi, təhlil etməyi və nəticə çıxarmağı, öz
mülahizələrini təqdim etməyi bacaran şəxsiyyətlərin yetişdirilməsini tələb edir.
Müasir dövrdə uşaqların sürətli inkişafı məktəbdə təlimin
məzmununun, metod, forma və vasitələrinin həmin surətə cavab verməsini tələb
edir.
Fiziki, emosional və intellektual inkişaf səviyyəsi müxtəlif olan
uşaqlara differensiyal yanaşmanın zərurətə çevrilməsi.
Bu amillər təhsilin modernləşdirildiyi müasir dövrdə xüsusi əhəmiyyət
kəsb edir.
Təhsilin modernləşdirilməsi müasir dərsə verilən tələblərə yeni prizmadan
yanaşmağı nəzərdə tutur. Müasir dərsin əsas əlamətləri təhsilin keyfiyyəti ilə
bağlıdır. Təhsilin keyfiyyəti isə şəxsiyyətin, cəmiyyətin və dövlətin aktual və
perspektiv tələbatlarına müvafiq olmalıdır. Beləliklə, təhsilin modernləşdiril-
məsi vəzifələrinin həlli dərsin bu tələbatlara istiqamətlənməsini tələb edir, bu
tələbatların yerinə yetirilməsində dərs mühüm rol oynayır. Bu ondan irəli gəlir
ki:
Uşaq məktəbdə keçirdiyi vaxtın çoxunu dərsdə oturur. Təhsilin
modernləşdirilməsinin əsas vəzifələri isə dərsdə həyata keçirilir.
Müasir dərs şagirdlər tərəfindən təhsil standartlarının mənimsəməsində
əsas mexanizm kimi çıxış edir.
Dərs zamanı şagirdlərdə bacarıqlar formalaşır. Bu isə təhsilin
modernləşdirilməsinin əsas ideyalarından biridir.
47
Şagirdə fərdi yanaşmanın ən mühüm forması dərsdir. Dərsdə onun
maraq və qabiliyyətləri, şəxsi keyfiyyətlərinin inkişafı nəzərə alınır və inkişaf
etdirilir.
Modernləşdirmənin əsas nəticələrindən biri məktəb məzunlarında həm öz
rifahı, həm də cəmiyyətin rifahı üçün şəxsi məsuliyyətin formalaşdırılmasıdır.
Ona görə də müasir dərs şagirdləri yalnız biliklərlə silahlandırmamalı, onların
bütöv şəxsiyyətini, idraki və yaradıcı qabiliyyətlərini inkişaf etdirməlidir.
Bu mövqeyə uyğun olaraq müasir dərsin təşkilinə qoyulan yeni yanaşmanı
ümumi şəkildə aşağıdakı kimi ifadə etmək olar:
dərsin
sosialyönümlülüyünün
gücləndirilməsi,
kommunikativ
mədəniyyətin inkişafı;
təhsilin təcrübiyönümlülüyü (bu, fundamental və praktik biliklərin
optimal əlaqələndirilməsini nəzərdə tutur);
təfəkkürün, praktik vərdişlərin inkişafına yönümlülük;
müxtəlif intellektiv kursların, kolelktiv iş formalarının genişləndiril-
məsi, öyrənilən materialın gündəlik həyatın problemlərinə bağlanması;
təhsil prosesinin diferensiallaşdırılması, şagirdlərin müstəqil işinin
artırılması (referat, layihə və s.)
Tarix təlimi məktəbdə həyata keçirilən təlim-tərbiyə sisteminin bir
həlqəsidir. İstər bütövlükdə bu sistemin, istərsə də ayrılıqda tarix təliminin
səmərəliliyinə nail olmaq üçün onların arasında sıx əlaqənin yaradılması təmin
olunmalıdır. Bu əlaqə olmadan, ayrı-ayrılıqda onların heç biri məktəblilərin
təlim-tərbiyəsi sahəsində qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilməz.
Buna görə də ümumi tarixdən kurikumun hazırlanması prosesində aşağıdakı
amillər nəzərə alınmalıdır:
Tarix dərslərində şagirdlərin təlimi, tərbiyəsi və inkiaşfı prosesinin
digər məktəb fənlərinin öyrənilməsində həyata keçirilən təlim-tərbiyə prosesi ilə
əlaqələndirilməsi;
48
Tarixin öyrənilməsi prosesində həyata keçirilən təlim-tərbiyə işlərinin
ailədə, ictimaiyyətdə, kütləvi informasiya və təbliğat vasitələrində həyata
keçirilən tərbiyəvi təsirlərlə əlaqələndirilməsi;
Şagirdlərin tarix dərslərindəki fəaliyyətinin ictimai fəalliyyət ilə
əlaqələndirilməsi.
Bütün bunları nəzərə alaraq mövcud psixoloji-metodiki ədəbiyyatı təhlil
edərək tarix dərsində təlimin təşkilinə verilən tələbləri aşağıdakı kimi
formalaşdırmışıq:
tarix dərsinin məzmunu cəmiyyətin sosial, iqtisadi, siyasi və mədəni
həyatının inkiaşf səviyyəsinə və tələblərinə, o cümlədən tarix elminin müasir
vəziyyətinə uyğun olmalıdır;
Təlimin məzmunu dövlət standartlarının və fənn kurikumunun
tələblərinə, dərsin təhsil, tərbiyəvi və inkişafetdirici vəzifələrinə, şagirdlərin yaş
xüsusiyytələrinə, bilik, bacarıq və vərdişlərinin inkişaf tələblərinə müvafiq
olmalıdır;
Təlimin
təhsil,
tərbiyə
və
inkişafetdirici vəzifələri düzgün
müəyyənləşdirilməli və kompleks şəkildə həyata keçirilməlidir;
Təlimin hər bir mərhələsində şagirdlərin idrakı fəallığını təmin edən
kollektiv və fərdi işin müxtəlif formalarını əlaqələndirməyə imkan verən
öyrənmə, stimullaşdırma və nəzarətin ən səmərəli üsul, metod və vasitələri
seçilməli, onların optimallığı təmin edilməlidir;
Şagirdlərin dərketmə fəaliyyəti təlimin digər komponentlərinə uyğun
olaraq təşkil edilməlidir;
Şagirdlərin fəallığının təmin edilməsi üçün təlim motivləşdirilməlidir,
yəni şagirdlərdə işin məzmun və metodlarına maraq oyadılmalı, dərsdə yaradıcı,
emosional şərait təmin edilməlidir;
Təlimin metod və vasitələri dərsin növü və onun strukturu ilə
uyğunlaşdırılmalıdır;
Təlimdə müəllim və şagird fəaliyyətinin vəhdəti təmin olunmalıdır;
Təlimin səmərəliliyi təmin olunmalıdır. Yəni:
49
a) şagirdlər özünütəhsil və refleksiya təcrübəsi əldə etməli, sinifdə onların
tətbiqi təmin olunmalıdır;
b) məktəblilərin öz öyrənmə fəaliyyətinin nəticələrini təqdimat, esse,
layihə, veb-sayt formasında təqdim etmək təcrübəsinin tətbiqinə nail
olunmalıdır;
c) təlimin qarşısına qoyulan standartların maksimum reallaşdırılmasına
nail olunmalıdır;
tarix təliminin müasir həyatla əlaqəsi təmin edilməlidir;
tarix üzrə dərs və dərsdənkənar (sinifdənkənar) işin vəhdəti təmin
olunmalıdır;
təlimdə bütün didaktik prinsiplərin optimal nisbətdə həyata
keçirilməsi təmin edilməlidir.
Dostları ilə paylaş: |