Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə62/152
tarix02.01.2022
ölçüsü1,23 Mb.
#45055
1   ...   58   59   60   61   62   63   64   65   ...   152
9 Ümumi tarix-kurikulum

Layihələrin hazırlanması 
 
   
Layihələrin  hazırlanması  müxtəlıf  mövzuların  müstəqil  şəkildə  tədqiq 
edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun  müddət onun 
üzərində  işləyirlər.  Layihələr  şagirdlərin  tədqiqat  vərdişlərinin,  biliklərə 


 
69 
müstəqil  yiyələnmə  bacarıqlarının  formalaşmasında  mühüm  rol  oynayır,  onlara 
müstəqil şəkildə öz  fəaliyyət proqramlarını qurmağa,  habelə öz  vaxtını  və  işini 
qrafik  üzrə  planlaşdırmağa  kömək  edir.  “Ümumi  tarix”  fənninin  tədrisində  bu 
üsul  şagirdlərin  bir-biri  ilə,  eləcə  də  məktəbdən  kənarda  müxtəlif  adamlarla 
qarşılıqlı  əlaqəsi  üçün  şərait  yaradır,  hadisələrin  hər  hansı  bir  aspektini  daha 
dərindən  anlamağa  imkan  verir,  əlavə  ədəbiyyatdan  istifadə  etməyə 
istiqamətləndirir.  Layihələrin  hazırlanması  tarix  fənninin  tədrisində  ən  uğurlu 
üsullardan  biridir.  Şagirdlərdə  araşdırma  bacarıqı  formalaşır.  Layihələr 
hazırlayarkən  müəllim mövzu və ya problemi müəyyən edir və sinfə  bunlardan 
birini seçmək imkanı verir.  
 
 
Problem konkret olmalıdır. Müəllim  və şagirdlər birlikdə layihə üzərində 
işin  başlama  və  başa  çatma  müddətini,  istifadə  olunacaq    əyani  vasitələri 
(ədəbiyyatlar,  mənbələr,  təsviri  vasitələr  və  s.)  bunları  əldə  etmək  yollarını,  iş 
formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin