Şagird:
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət və orfoqrafiya normalarına riayət edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzündən köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm nümunəsini əzbərdən yazır.
3.1.4. Müşahidə və təəssüratlar əsasında kiçikhəcmli esse yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (məktub,
açıqca, elan) yazır.
4. Dil qaydaları
Şagird:
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sait və samit səsləri fərqləndirir.
4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir.
4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (şəxs və coğrafi adlar)
məqamına uyğun tətbiq edir.
4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü
müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır.
4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir.
4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə
qurur və müvafiq durğu
işarələri ilə tamamlayır.
Dostları ilə paylaş: