müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır;
sözün qrammatik mənasını, cümlənin qrammatik əsasını müəyyənləşdirir;
müvafiq durğu işarələrindən düzgün istifadə edir
və əsas nitq hissələrinin
yazılışı ilə bağlı qaydalara əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkildə ümumiləşdirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.
1.2.2. Dinləyən şəxsin əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün
mühüm məqamları vurğulayır.
1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.
1.2.4. Problemlə bağlı mülahizələrini söyləyir.
Dostları ilə paylaş: