3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mövzuya uyğun müxtəlif tipli
(nəqli, təsviri, mühakimə) mətnlər yazır.
3.1.2. Sitatlardan istifadə etməklə fikir və
mülahizələrini qüvvətləndirir.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr ara-
sında əlaqəni gözləməklə yazıya düzəlişlər edir.
3.1.4. Müxtəlif əməli yazılar
(arayış, protokol) yazır.
Şaquli inteqrasiya həm də məzmun xətlərinə aid əsas standartların
və alt-
standartların müəyyənləşdirilməsində gözlənilmişdir.
Məsələn, 5-ci siniflə bağlı standartlarda bu, öz əksini belə tapmışdır:
«Oxu» məzmun xətti ilə bağlı:
«Yazı» məzmun xətti ilə bağlı:
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Söz sırasını, cümlələr və abzaslar
arasında əlaqəni gözləməklə mətni oxuyur.
2.2.2. Mətnin hissələri arasında əlaqəni
şərh edir.
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir.
Diqqətlə
nəzərdən keçirilsə, bu tipli inteqrativ
əlaqəni əksər məzmun
standartlarını açıqlayan alt-standartlar arasında bu
və ya digər səviyyədə üzə
çıxarmaq mümkündür.
Bu ondan irəli gəlir ki, məzmun standartları
müəyyənləşdirilərkən nəzərə alınan prinsiplərdən
biri də məhz inteqrativlik
olmuşdur. Sözsüz, bu yanaşma təlimin məzmununu
əks etdirən dərsliklərdə, dərs
vəsaitlərində, eləcə də təlim prosesinin özündə bu
və digər variantlarda əhatə
olunacaqdır.
Dostları ilə paylaş: