Yeni fənn kurikulumlarında təlim strategiyaları aşağıdakı məsələləri əhatə
edir:
pedoqoji prosesin təşkili prinsipləri
fənn üzrə təlimin planlaşdırılması
təlimin təşkilində istifadə olunan forma və üsullar
Təlim prosesi daima ardıcıl olaraq inkişaf edir. Müxtəlif zamanlarda
özünəməxsus xarakter kəsb edir. Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji
prosesin mərkəzində dayanan müəllim və şagirdlərin funksiyaları dəyişir. Onların
fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. Müəllim
kurikulumlara uyğun inteqrasiya olunmuş planlarla yanaşı, yeni texnologiyalar
hazırlayır, yaxud mövcud olanların içərisindən ən münasibini seçir. Bu
texnologiyaların müəyyən olunmasında müəllim və şagird şəxsiyyəti təlimin
aparıcı subyekti kimi çıxış edir. Münasibətlər “subyekt+subyekt” formulasına
uyğun üfüqi istiqamətdə qurulur. Bu zaman şagirdlər öz təfəkkürünün,
düşüncəsinin, müəllimlər isə şagirdin inkişafı ücün şəraitin təşkilatçısı olur.
Müəllimlərin rəhbərlik funksiyası dəyişir, informasiya vermək sahəsindəki
fəaliyyəti məhdudlaşır. O, daha çox sinif şəraitində təlim fəaliyyətini
əlaqələndirən, istiqamətləndirən məsləhətci kimi şagirdlərin müstəqil idraki
fəaliyyətini, fəal yaradıcılığını təşkil edən subyektə çevrilir. Pedaqoji prosesin
düzgün qurulmasında mühüm didaktik prinsiplərə istinad olunur. Azərbaycan dili
fənnində yeni kurikulumlara uyğun pedoqoji prosesin təşkilində aşağıdakı ümumi
prinsiplərin əsas götürülməsi zəruri hesab edilir:
Dostları ilə paylaş: