Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Azərbaycan dili təliminin təşkilində istifadə olunan forma və üsullar



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə37/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   33   34   35   36   37   38   39   40   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
2.2. Azərbaycan dili təliminin təşkilində istifadə olunan forma və üsullar 
barədə 
Azərbaycan təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu 
sahədə köklü dəyişikliklər, islahatlar gedir. Bu islahatların məqsədi demokratik 
cəmiyyət üçün sağlam, düşüncəli, sərbəst fikir söyləmək qabiliyyətinə malik, 
ətrafda baş verən hadisələrə tənqidi yanaşmağı, münasibət bildirməyi bacaran 
gənclər yetişdirməkdir. Elm və texnikanın inkişafı, informasiya bolluğu 
böyüməkdə olan gənc nəslə imkan verir ki, hadisələrin məcrasında bilavasitə özləri 
iştirak etsin, baş verən hadisələrdən nəticə çıxarmağı bacarsınlar. Onları bu sahədə 
düzgün istiqamətləndirmək isə məktəbin, müəllimlərin öhdəsinə düşür.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və 
insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət 
formalaşmalıdır. Müasir şəxsiyyəti hafizənin gücləndirilməsinə və yalnız 
informasiya toplanılmasına yönəlmiş, real həyatın tələblərini nəzərə almayan təlim 
şəraitində tərbiyə etmək mümkün deyildir. Yəni ənənəvi dərsdə təlim yadda 
saxlama qabiliyyətinə əsaslanır, şagird materialın təhlilini, təsvirini, nəticələri və 
ümumiləşdirmləri hazır şəkildə alır. Həyatın belə bir dinamik inkişafında həmişə 
ənənəvi dərs metodlarından istifadə bugünkü məktəbliyə cansıxıcı, darıxdırıcı 
görünür, onların dərsə olan marağını azaldır. Bu gün məktəblidə təlimə marağı 
artırmaq, onlarda yaradıcı fəaliyyət bacarığı tərbiyə etmək, humanist dünyagörüşü, 
milli özünüdərk, vətəndaşlıq mövqeyi, milli dəyərlərə hörmət və məhəbbət hissi 
formalaşdırmaq günün ən aktual problemlərindəndir. Bu baxımdan əməkdaşlığa, 
tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə əsaslanan yeni təlim metodları 
mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, biz bunu deməklə ənənəvi dərs metodlarını 
kölgədə qoymaq istəmirik. Böyük bir nəsil məhz bu metodlarla formalaşmış, 
cəmiyyətin inkişafında xüsusi rol oynamışdır. Sadəcə həyatın elə məqamları, elə 
dövrü var ki, hər bir cəmiyyət özünə lazım olan şəxsin formalaşmasını diktə edir. 
Bu gün bazar iqtisadiyyatına keçid, demokratik cəmiyyətin qurulması hadisələri 


olduğu kimi qəbul etməyi deyil, ona tənqidi yanaşmağı, öz münasibətini bildirməyi 
bacaran sərbəst düşüncəli, azad- fikirli şəxsiyyətlərin yetişdirilməsini tələb edir.
Standartlar 
nəticəyönümlü 
və şagirdyönümlü olduğundan onların 
reallaşdırılmasında fəal təlim metodlarından istifadə edilməsi məqsədəuyğun hesab 
edilir. Fəal təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər 
iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur. 
Şagirdlərin parta arxasında oturaraq kitab oxuması, iş vərəqlərini doldurması, 
müəllimi dinləməsilə yanaşı, eyni zamanda kitabxanada, kompüterdə qrup və ya 
fərdi şəkildə fəaliyyət göstərməsi onun əsas əlamətlərindən hesab edilir. Fəal təlim 
müasir şəraitdə pedaqoji prosesin qurulmasına
yeni yanaşmadır. Belə yanaşma 
tərzində təlim şagirdlərin təkcə yaddaşının yeni elmi biliklərlə (informasiya ilə) 
zənginləşdirilməsinə deyil, həm də təfəkkürün inkişaf etdirilməsinə, ən mühüm 
bacarıq və vərdişlərin əldə olunmasına yönəldilir. Bu zaman şagirdlər açıq sual 
vermək, problemləri araşdırmaq, tədqiqat aparmaq və müzakirə etmək imkanı 
qazanırlar. Onlar təlim materiallarının mənimsənilməsi prosesində fakt və 
hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə 
çıxarmağı, ümumiləşdirmələr aparmağı öyrənirlər. Beləliklə, uşaqlar həm tədris, 
həm də sosial xarakterli problemlərin müstəqil həllinə cəlb olunur, müxtəlif 
informasiya mənbələrindən istifadə edir, sistematik olaraq müstəqil şəkildə bilik 
ehtiyatını artırırlar. 
Təlim prosesi uşaqda fəallığı, məntiqi düşünməyi, ətrafdakı şeylərə və 
hadisələrə tənqidi yanaşmağı, müstəqil düşünməyi, müstəqil bilik almağı və fərdi 
inkişaf etmək bacarığını tərbiyə etməlidir. Yəni şagirdin məntiqi, tənqidi və 
yaradıcı təfəkkürü inkişaf etdirilməlidir. Bu tələbləri nəzərə alaraq elə təlim 
metodlarından istifadə olunmalıdır ki, onlar özlərində aktiv, yaradıcı düşünmə 
qabiliyyətini və yeni biliklərə sərbəst yiyələnməyi aşılama yollarını birləşdirmiş 
olsun. Bu cəhətdən interaktiv təlim metodları çox səmərəlidir.
İnteraktiv (ingilis dilindən tərcümədə - qarşılıqli fəaliyyətə əsaslanan 
deməkdir) təlim metodları, adından göründüyü kimi, şagirdləri fəallaşdırır, ənənəvi 
metodda olduğu kimi, şagird biliyi hazır şəkildə deyil, bilavasitə öz subyektiv 


mülahizələri əsasında mənimsəyir. Burada müəllimin əsas vəzifəsi şagirdlərə yol 
göstərmək, «öyrənməyi öyrətmək»dir. 
İnteraktiv (fəal) təlimin ənənəvi təlimə bir sıra üstünlükləri vardır:

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin