Bütün sinfə müxtəlif variantda test çalışmaları verilir. Düşünmə mərhələsinin
başlandığı bu mərhələdə şagirdlər əldə etdikləri bilikləri tətbiq edirlər.
Qiymətləndirmə və refleksiya
Test çalışmaları şablon üsulunun tətbiqi ilə qısa zaman ərzində yoxlanılır.
Beləliklə, mövzunun şagirdlər tərəfindən dərs
prosesində mənimsənilmə
səviyyəsinin
müəyyən edilməsi, şagirdlərin bütünlüklə
qiymətləndirilməsi üçün
imkan yaranır. Biliklər
şəraitə uyğun olaraq ya qrup,
ya da fərdi şəkildə
qiymətləndiriıir.
Başa çatmış prosesin şüurda inikası – refleksiya üçün aşağıdakı kimi
suallardan istifadə edilir:
1. Biz nəyi öyrənirik?
2. Qarşılaşdırma budaq cümləsi baş cümləyə hansı vasitələrlə bağlanır?
3. Belə cümlələr sadələşə bilərmi? və s.
Sonda müəllim şagirdlərə dərs haqqında öz təəssüratlarını (esse) yazmağı
tapşırır. (Dərs
necə keçdi, sizin xoşunuza gəldimi?
Siz bu dərsdə öz
fəaliyyətinizdən razı qaldınızmı? Nə təklifiniz var?)
Vərəqlərin yığılması və ev tapşırıqlarının verilməsi ilə dərs yekunlaşır.
X sinif
Standart: 4.1.1., 4.1.2.
Mövzu: Müasir Azərbaycan ədəbi dilinin normaları.
Məqsədlər:
Müasir Azərbaycan ədəbi dilinnin normalarını fərqləndirir.
İnteqrasiya: Az-t. 1.2.2., 1.2.4.
İş forması: kollektiv və fərdi
İş üsulu: beyin həmləsi, mühazirə, müzakirə
Resurs: dərslik, iş vərəqləri.
Dərsin gedişi
Motivasiya.
Proyektorda mətn təqdim olunur. Şagirdlərə səhv yazılmış
və düzgün
yerində işlənməyən sözləri tapmaq tapşırılır. Mətndəki səhv yazılmış, yersiş
işlənmiş sözlər, yerində işlənməyən cümlə üzvləri tapılır və yeni dərsin adı
müəyyənləşdirirlir.
Dostları ilə paylaş: