Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Fəal təlim metodlarının xarakterik xüsusiyyətləri



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə39/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   35   36   37   38   39   40   41   42   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
Fəal təlim metodlarının xarakterik xüsusiyyətləri: 
1. Diqqət, ilk növbədə, şagird şəxsiyyətinin formalaşdırılmasına yönəlir. 
2. Müəllim təlim fəaliyyətinin əlaqələndiricisi, şagirdlərin məsləhətçisi və 
köməkçisi kimi çıxış edir.
3. Problemin həlli prosesində şagirdlər fəal tədqiqatçı olur.
4. Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil əldə edilir. 
5. Müəllim - şagird, şagird - şagird arasında əməkdaşlıq üçün şərait yaranır. 
6 Dərslərin inteqrativ təşkilinə üstünlük verilir. 
7 Qeyri-standart dərslərin tətbiqinə geniş yer verilir. 
Fəal dərsin mərhələləri: 
 
 I mərhələ: motivasiya, problemin qoyulması 
Hər bir tədqiqat problemi müəyyənləşdirməklə başlayır. Əsl problem
həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün, ilk 
növbədə, tədqiqat sualının formalaşdırılması lazım gəlir. Çünki tədqiqat sualı 
yeni biliklərin kəşf olunmasında bələdçi kimi çıxış edir. 
Bu mərhələ şagirdləri düşünməyə, idraki fəallığa sövq etdiyindən həm də 
motivasiya adlandırılır. Bu prosesdə uşaq öz fikrini “Zənnimcə”, “Mənə belə 
gəlir ki”, “Mən belə hesab edirəm ki” sözlərindən istifadə etməklə ifadə edir. 
Motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl olunması tövsiyə 
edilir: 
1. Motivasiya üçün seçilən material qeyri-adi, maraqlı olmalıdır. 
2. Fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və yaradıcılıq üçün imkan 
verməlidir. 
3. Müəllim şagirdlərə yönəldici suallar verməli, fərziyyələri irəli sürərkən
onları həvəsləndirməlidir. 


4. Tədqiqat sualı təlim standartlarına əsasən müəyyənləşdirilməli və dərsin 
məqsədinə yönəldilməlidir. 
II mərhələ: tədqiqatın aparılması 
Dərsin məqsədinə və tədqiqat sualına uyğun iş üsulları seçilir. Tədqiqat 
sualına cavab verməyə kömək edəcək faktları tapmaq üçün
məqsədyönlü iş 
aparılır. Şagirdlərə müxtəlif çalışmalar verilir. Beləliklə, tədqiqat sualına cavab 
tapmaq üçün zəmin yaranır. Toplanmış faktlar əsasında təqdimatlar hazırlanır

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin