Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə47/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   43   44   45   46   47   48   49   50   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
Karusel


Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. 
Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur 
və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə 
qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda 
öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif
cavabları müzakirə edir. 
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
 
İllik planlaşdırmanın yaradılması müəllimlərin qarşısında duran ən mühüm 
vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq 
üçün müəllimlərin fəaliyyət istiqamətidir. İllik planlaşdırmada tədris vahidinin nə 
zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə 
ayrılacaq vaxt göstərilir. Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir: 
1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən 
etmək. 
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək. (Tədris 
vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı 
(asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq 
(əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasında mühüm 
əhəmiyyət daşıyır) nəzərdə tutulur.
3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq (Tədris 
vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərkən fənn üzrə illik dərs saatlarının 
ümumi sayı nəzərə alınır. Hər tədris vahidinə onun əhəmiyyətliliyi və 
mürəkkəbliyi baxımından vaxt ayrılır.) 
4. Hər bir halda şagird maraqlarını nəzərə almaq . 
İllik planlaşdırma apararkən müəllim aşağıdakı sənədlərə istinad etməlidir:
• Məzmun standartları. 
• Qiymətləndirmə standartları.
• Tədris planı. 


• Dərslik (İstifadə olunacaq mətnlər və digər materiallar). 
• Müəllim üçün vəsait. 
Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək 
mühüm hadisələr (tarixi günlər), tədris vahidlərinin və onlara daxil olan 
mövzuların adı müəyyən edilir. Hər tədris vahidi və mövzu vasitəsilə 
reallaşdırılacaq məzmun standartları (alt-standartlar) seçilir, istifadə olunacaq 
mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur. 
Aşağıda beşinci sinif üçün illik təxmini planlaşmadan nümunəsi verilmişdir. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin