Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə45/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   41   42   43   44   45   46   47   48   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
Rollar üzrə oyun 
Rollar üzrə oyun hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən 
yanaşmağı tələb edir. Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud 
vəziyyətə başqalarının gözu ilə baxmaq imkanı verir. 
Müəllim rollu oyunlardan istifadə edərkən əldə etmək istədiyi məqsədi, 
oyunun mövzusunu, ssenarisini və oyunda iştirak edəcək obrazları əvvəlcədən 
müəyyənləşdirir, ifa olunacaq rolların mətni yazılmış kartlar hazırlayır. Rollar 


bölüşdürüldükdən sonra digər şagirdlərdən kimin aparıcı, kimin müşahidəçi 
olacağını planlaşdırır. 
Hazırlaşmaq üçün şagirdlərə vaxt verir. 
Oyun nümayiş etdirildikdən sonra müəllim qoyulmuş problemlə bağlı 
müzakirə təşkil edir. 

 
Venn diaqramı
 
 
 
 
 
 
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini
müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. 
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır. 
1. Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir. 
2. Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır). 
3. I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur. 
4. Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və 
dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə 
danışılır). 
5. Müqayisə olunan obyektlər təsvir edilir: fərqli cəhətlər sağ və sol 
tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur. 
6. Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir. 
 Layihələrin hazırlanması 
Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq 
edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun 
üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil 


yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil 
şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə 
planlaşdırmağa kömək edir. Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də 
məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, 
hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə 
ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir. 
Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və 
sinfə bunlardan birini seçmək imkanı verir. Problem həmçinin sinif tərəfindən 
“əqli hücum” üsulu ilə seçilə bilər.
Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin 
başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri 
(ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş 
formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər. 

İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin 
icrasına isə şagirdlər özü cavabdehdir.  
Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər, 
qrafiklər, formasında ifadə oluna bilər.  

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin