Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə46/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   42   43   44   45   46   47   48   49   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

Sorğu vərəqləri və müsahibə 
Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən 
qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır. 
Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar 
qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldururlar.
Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır. 
Bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi 
məqsədəmüvafiq hesab edilir: 
1. Problemi müəyyən etmək. 
2. İşi təşkil etmək (sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq). 
3. Məlumatları toplamaq (sualların cavablarını toplamaq). 
4. Əldə edilmiş məlumatları təhlil etmək və ümumləşdirmək. 


“Qərarlar ağacı” 
Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və 
təhlil etmək məqsədi daşıyır. 
Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli 
yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilır. 4-6 nəfərdən 
ibarət qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklərini və 
çatışmazlıqlarını təhlil edir, onları “+”, və ya “-” işarəsinin qarşısında müvafiq 
qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür. 
Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri 
ümumiləşdirmək üçün müzakirə aparır. 
Problem 
Problemin həlli 
yollarının mənfi 
və 
müsbət 
tərəfləri
Problemin həlli yolları 
1-ci həll yolu 
2-ci həll yolu 
3-cü həll yolu 


Qərar: 
Problemli vəziyyət 
Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf 
etdirir. 
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 
4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş iş vərəqləri
uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və 
həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə 
aparılır. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin