Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə42/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   38   39   40   41   42   43   44   45   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
İş formaları 
İş formaları dedikdə
fərdi, cütlərlə, kollektiv və qrup işi nəzərdə tutulur.
Kollektiv iş 
Kollektiv iş təlim prosesində ən çox istifadə edilən iş formalarından biridir. 
Bu zaman şagirddə kollektivlə işləmək bacarıqları inkişaf etdirilir. Nəticədə 
şagirddə eqoizm və s. kimi mənfi hislərin yaranmasının qarşısı alınır, o, özünü 
cəmiyyətin üzvü hiss edir. 
Qruplarla iş 
Şagirdlər (3-6 nəfər) qrup halında birləşir və hər hansı problemi həll etmək 
üçün birgə fəaliyyətə cəlb olunurlar. Qrup işi şagirdlərə öz fikirlərini söyləməyə və 
başqalarını dinləməyə, özünün və digərlərinin işini qiymətləndirilməyə imkan 
yaradır. Bundan əlavə, onlar eyni bir məsələ ilə bağlı müxtəlif baxış və 
yanaşmaların olması barədə təsəvvürə yiyələnirlər. 
Cütlərlə iş 
Dərs prosesində şagirdlər iki-iki işləyir, təlim tapşırıqlarının yerinə 
yetirilməsində birgə fəaliyyət göstərirlər. Bu, onlara bir-birini daha yaxşı başa 
düşməyə, əməkdaşlıq etməyə, məsuliyyətlərini dərk etməyə imkan yaradır. 
Fərdi iş 
Fərdi iş forması təlim zamanı şagirdin fəaliyyətini izləmək, sərbəst 
düşünməsini, maraq dairəsini, eyni zamanda, hər bir şagirdin mənimsəmə 
qabiliyyətinin digərinə nisbətən daha az və ya daha çox olduğunu müəyyən etməyə 
imkan yaradır. 
 
Fəal təlim üsulları 
Fəal təlim zamanı istifadə olunan üsullar təlim strategiyalarının qurulmasında 
və təhsilin həyata keçirilməsində əhəmiyyətli yer tutur. Pedaqoji ədəbiyyatlarda 


Bilirəm 
İstəyirəm biləm 
Öyrəndim 
onun müxtəlif növlərinin olduğu göstərilir. Məsələn, beyin həmləsi, BİBÖ, 
klaster(şaxələndirmə), anlayışın çıxarılması, söz assosasiyaları, müzakirə, 
akvarium, rollar üzrə oyun, Venn diaqramı, layihələrin hazırlanması və s.  
Beyin həmləsi
Bu üsul əqli hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq 
oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq 
məqsədilə bu üsuldan istifadə olunur. Hazırlanmış sual lövhədə yazılır, yaxud 
şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini 
bildirirlər. Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan 
sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlayır. Aparıcı ideyalar
yekunlaşdırılır, şagirdlər söylənmiş fikirləri təhlil edir, qiymətləndirir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin