Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə44/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   40   41   42   43   44   45   46   47   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
Suallar 
Suallar dərs prosesində tədqiqatların səmərəli qurulmasını stimullaşdırır. 
Şagirdlərin idrak fəallığının artırılmasında böyük rol oynayır.
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu 
tənqidi təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, 
məzmunlu və mövzu ilə bilavasitə əlaqəli olmalıdır. 
Mühazirə 
Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan 
mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə 
etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır. 
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək 
məqsədəmüvafiqdir: 

mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək; 

plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq); 

əyani və texniki vasitələrdən istifadə etmək. 
Müəllim mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin 
sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimləməlidir. 
Anlayışın müəyyən edilməsi 
Bu üsul oyun - tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq 
yaradır. Müəllim lövhədə kart asır, onun arxasında şagirdlərin tapacağı anlayışı 
yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışın 
xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin 
xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. 
Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq 
yeni xüsusiyyətlər sadalayır. 
Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacanın tapılıb-
tapılmamasını hamıya çatdırır və kartlarda yazılan sözləri açıqlayır.
Söz assosiasiyaları 


Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz 
birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri 
söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhədə
qeyd edilir. Mövzu ilə bağlı 
olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış 
və yaxud ideya çıxarılır. Bu anlayış əsasında yeni materialın öyrənilməsinə 
başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər. 
Müzakirə
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin 
qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu 
tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə dinləmək, 
təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və 
tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir. 
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. 
Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar 
vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni 
tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar vermək 
məqsədəuyğun hesab edilmir. 
Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür 
ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin 
obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” 
kimi suallardan istifadə olunur. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin