Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə43/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   39   40   41   42   43   44   45   46   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim 
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır: 
1. Problem müəllim tərəfindən elan edilir. 
2. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri 
qeyd edir: – Bilirəm/İstəyirəm bilim/Öyrəndim 
3. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda 
qeyd olunur. 
4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır. 
5. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı
öyrəndikləri üçüncü sütunda qeyd edilir. 
 


 
 
Auksion 
Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə 
qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadisənin xüsusiyyətləri 
ardıcıl şəkildə adlandırılır. 
Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən 
sonra müəllim sayır: “bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. 
Sonuncu təklif verən qalib sayılır. Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun 
üçün hamı bir-birini dinləyir. Bu zaman başqa şagird tez yeni fikir söyləyə bilər. 
Oyunda axırıncı mümkün cavabı verən şagird “Auksion”u qazanır.
Məsələn:
M: Adlardan fel düzəldən şəkilçiləri deyin. 
Ş: 
- la

- laş

- lan

- ar

M: “-ar
2
” bir..., “-ar
2
” iki
Ş: 
- al
2
(-l) 
Klaster (şaxələndirmə) 
Müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun 
mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə 
tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli 
sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və 
onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə 
edilir və ümumiləşdirmə aparılır. 



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin