1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair biliklər nümayiş etdirir. 1.3.1. Sıra hərəkətləri haqqında məlumat verir.
1.3.2. Ümuminkişaf hərəkətləri haqqında informasiya verir.
1.3.3. Hərəki qabiliyyətlər, onları inkişaf etdirən oyunlar və hərəkətlər haqqında
informasiya verir.
1.3.4. Hərəkətlərin icrası zamanı sadə özünənəzarət üsulları haqqında informasiya
verir.
1.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik və ilk tibbi yardım qaydaları
haqqında informasiya verir.
1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir. 1.4.1. Vətənpərvərlik hisslərinin formalaşmasında fiziki tərbiyənin rolu haqqında
məlumat verir;
1.4.2. İlin əsas idman tədbirləri və idmançıları haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər Şagird: 2.1. Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir. 2.1.1. Sağlamlığını möhkəmləndirmək üçün hərəkətlər və hərəkət komplekslərini
icra edir.
2.1.2. Orqanizmi möhkəmləndirən sağlamlaşdırıcı
vasitələri nümunələrə müvafiq
tətbiq edir.
2.2. Hərəki fəaliyyətin icra üsulunu mənimsədiyini nümayiş etdirir . 2.2.1. Ayrı-ayrı idman növlərinə aid olan hərəkətləri tövsiyə olunan üsullarla icra
edir.
2.2.2. Müxtəlif təyinatlı oyunlarda iştirak edir.
2.2.3. Kombinələşmiş estafetlərdə iştirak edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir. 2.3.1. Sıra hərəkətlərini komandalara və nümunələrə müvafiq yerinə yetirir.
2.3.2. Ümuminkişaf hərəkətlərini nümünələrə müvafiq yerinə yetirir.
2.3.3. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunları və kompleksləri icra edir.
2.3.4. Müxtəlif hərəkətlərin icrasından əvvəl və sonra nəbz vurğularını müəyyən
edir.
2.3.5. Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.