1
Cədvəldən
göründüyü kimi, təlim informasiya təminatı
və nəzəri biliklər vasitəsi
ilə hərəkətin obrazının yaradılmasına yönəlmiş idraki proseslə başlayır, hərəki
təsəvvürün yaradılması və şagirdlərdə icrası nəzərdə
tutulan hərəki fəaliyyətin
yerinə yetirilməsi proqramının formalaşmasına kimi davam edir.
İlkin icra nəzəri bilik və informasiyaların tətbiqi prosesindən ibarətdir. Bu
mərhələdə ilkin icranın səmərəliliyi
informasiya tutumundan, fiziki hazırlıq
səviyyəsindən, istifadə olunan üsullardan və icra şəraitindən asılıdır. İlkin icra
prosesi, yəni hərəkətin mənimsənilməsi müvafiq icra bacarığına
yiyələnmə ilə
başlanır və sonda müvafiq vərdişlərin formalaşması ilə başa çatır.
Hərəkətin icrasının vərdiş halına keçməsi hərəki qabiliyyətlərin inkişafı üçün
lazımi şərait yaradır ki, bu da şagirdin fiziki hazırlığının
həyata keçirilməsinin
mühüm komponenti hesab olunur.
Fiziki tərbiyə prosesində şagird üçün dəqiq fəaliyyət proqramının
müəyyənləşdirilməsi şagirdlərin mənəvi-iradi xüsusiyyətlərinin formalaşmasına
istiqamətlənmiş dərslərin səmərəliliyinin artırılmasında mühüm amilə çevrilir.
Dostları ilə paylaş: