Aviasiya(lat. avis – quş) – havadan ağır aparatlarla yer ətrafı hava fəzasında
uçuşdur. Mülki və hərbi olmaqla iki qrupa bölünür. Yük və sərnişin daşınması
üçün mülki aviasiyadan istifadə edilir. Aviasiyada uçuşu təmin etmək üçün
radiotexniki, meteroloji, işıq texnikası vasitələri, aerodrom və aeroportlar olur.
Aviasiya mühərrəki – uçuş aparatlarını (təyyarə, vertolyot, drijabl və s.)
hərəkətə gətirənistilik mühərrikidir. Bu mühərriklər porşenli daxiliyanma
mühərriki əsasında qurulmuşdur. Aviasiya mühərriklərinin təkmilləşdirilmə
tədbirlərindən biri də hava vintinin FİƏ-nın artırılması olmuşdur. Qaz turbini və
reaktiv mühərrikin yaranması səs sürətini ötmək probleminin həllinə imkan
yaratdı. İndi turbovintli və turboreaktiv aviasiya mühərriklərindən istifadə olunur.