Armatur (lat. armatura – silah, ləvazimat) –
1) maşın, konstruksiya və qurğunun əsas hissələrinə aid olmayan, lakin
onların normal işini təmin edən köməkçi, adətən, standart quruluş və detallar
dəstidir.
2) inşaatda armatur əsas konstruksiya hissəsi olub, dəmir-beton
konstruksiyalarda betonu gücləndirmək üçün işlədilən polad mil, metal tor, karkas,
şvellər və s.-dən ibarətdir.
Armatur işləri – yığma və monolit dəmir-beton konstruksiya armaturlarının
hazırlanması,
quraşdırılması,
həmçinin
qabaqcadan
gərginləşdirilmiş
konstruksiyaların istehsalında armaturlərin gərilməsi və s. proseslərdən ibarət
kompleksdir. Armatur işləri materialların, konstruksiya hissələrinin elastiklik və
möhkəmliyini artırmaq üçündür. Armatur milləri avtomat dəzgahlarda hazırlanır.
Dostları ilə paylaş: |