Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə160/222
tarix30.12.2021
ölçüsü1,2 Mb.
#49264
1   ...   156   157   158   159   160   161   162   163   ...   222
17 Texnologiya-kurikulum

Avtomat  (yun.  avtomatos  –  özüişləyən)  –  istehsal  və  qeyri-istehsal 
sahələrində istifadə edilən və insanın bilavasitə iştirakı olmadan enerji, material və 


 
 
102 
 
informasiyanın  alınması,  istənilən  şəklə  salınması,  ötürülməsi  və  istifadəsi  kimi 
prosesləri  verilmiş  proqram  üzrə  yerinə  yetirən  qurğu  və  ya  mexanizmlər 
sistemidir.  Məhsuldarlığı  artırır,  əməyi  yüngülləşdirir,  insanı  çətin  və  həyat  üçün 
təhlükəli  şəraitdə  işləməkdən  azad  edir.  Bu,  yeni  elektron  avtomat  qurğuların  və 
elektron  relesindən  başlamış  idarəedici  hesablama  maşınlarına  qədər  avtomat 
komplekslərinin  hazırlanmasına  səbəb  oldu.  Hazırda  idarəetmə,  nəzarət  və 
tənzimləmə  funksiyalarını  icra  edən  mürəkkəb  qurğular  var.  Müxtəlif  avtomat 
növləri  mövcuddur:  texnoloji,  energetika,  nəqliyyat,  hesablayan-həlledən,  ticarət, 
hərbi,  məişət  avtomatları.  Avtomatik  qurğuların  yerinə  yetirdikləri  funksiyalara 
görə istehsalatda avtomatikadan istifadənin dörd əsas istiqamətini göstərmək olar: 
avtomatik  nəzarət,  avtomatik  mühafizə,  avtomatik  tənzimləmə  və  avtomatik 
idarəetmə. 
Avtomat  xətt  –  məmulatın  hazırlanma,  yaxud  emal  prosesini  müəyyən 
texnoloji  ardıcıllıqla  avtomatik  surətdə  yerinə  yetirən  maşınlar  sistemi,  əsas  və 
köməkçi  avdanlıqlar  komplesidir.  Bu  xətt  axınlı  istehsalda  əməyi  yüngülləşdirir, 
məhsuldarlığı  artırır,  yardımçı  nəqliyyat  vasitələrinin  sayını  azaldır,  istehsalın 
həcmi  sabit qalmaqla  zavod  sahəsini  kiçildir,  istehsal  dövrünü  qısaldır,  məhsulun 
maya dəyərini aşağı salır və keyfiyyətini yaxşılaşdırır. 
Avtomatika  –  insanın  bilavasitə  iştirakı  olmadan  idarəetmə  sisteminin 
nəzəriyyə  və  qurulma  prinsiplərini  əhatə  edən  elm  və  texnika  sahəsidir.  Dar 
mənada  –  insanın  iştirakı  olmadan  konkret  prosesin  əməliyyatlarının  yerinə 
yetirilməsi  üçün  metod  və  texniki  vasitələr  məcmusudur.  Elm  kimi  avtomatika 
avtomatik  tənzimləmə  nəzəriyyəsi  əsasında  yaranmışdır.  Texnika  sahəsi  kimi 
avtomatika  avtomatların,  avtomat qurğuların  və  avtomatlaşdırılmış  komplekslərin 
inkişafı ilə sıx əlaqədardır. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin