Beton – (fr. beton; lat. bitumen – mədən qatranı sözündən) – yapışdırıcı
maddə (su ilə, nadir hallarda susuz), doldurucu və xüsusi əlavələrin səmərəli
nisbətdə qarışığının qəliblərdə bərkidilməsindən alınan süni daş metiral. qəliblərə
tökülənə qədər beton qarışığı adlanır. Əsas tikinti materiallarındandır; yığma
dəmir-beton və beton məmulatlarının hazırlanmasında, monolit beton və dəmir-
beton qurğuların inşasında işlədilir. Yapışdırıcı materialdan asılı olaraq beton
sementli, asfaltlı, əhəngli, gipsli və s. növlü olur.