107
cərəyanla işləyən rabitə qurğuları dövrələrində telefon və teleqraf kommutatorları,
addımlı axtarıcılar və s. EÇ-ndən istifadə edilir. Kontaksız EÇ-də geniş yayılmışdır
(diodlu və s.). Energetikada, avtomatikada və s. geniş istifadə edilir.
2)
televiziya kanalı çevirgəci – televiziya cihazında tamaşaçını maraqlandıran
proqramın verildiyi rabitə kanalının seçilməsi, radiosiqnallarının ayrılması,
gücləndirilməsi və s. təmin edən giriş qovşağıdır.
Çəkic –
1) əl alətidir, başlıqdan və dəstədən ibarətdir. Adətən, çəkic karbonlu (0,4–0,6
% C) poladdan düzəldilir. Çəkic başlığının hər iki tərəfi (döyəc hissəsi) tablanır.
Bir çox xüsusi çəkic konstruksiyaları məlumdur.
2) metal pəstahları təzyiqlə döymə yolu ilə emal etmək üçün maşındır.
Pəstahları döymə (döymə çəkici) və həcmi, yaxud təbəqə stamplama çəkicləri var.
İntiqalının növünə görə buxar-hava (su buxarı və ya sıxılmış hava ilə hərəkətə
gətirilir), pnevmatik (havanın sıxılması və genişlənməsi hesabına işləyir), mexaniki
(mühərrik hissələri mühərriklə mexaniki bağlanır), hidravlik (yüksək təzyiqli maye
ilə hərəkətə gətirilir) və s. çəkiclər mövcuddur. İş üsuluna görə sadə çəkic (düşən
çəkic) və ikibaşa təsirli (çox yayılmışdır) çəkic var. Zərbəendirən hissələrdən
(porşen, pistonqolu və toxmaqdan), ağır əsasdan – şabotdan, çatı, intiqal və
idarəetmə mexanizmindən ibarətdir. Çəkic kontsruksiyalarında elektrik
intiqalından istifadə edilmişdir. Əl ilə işlədilən lingli çəkic hələ 13–14-cü əsrdə
məlum idi.
Çərçivə (inşaat mexanikasında) – mil sistemidir; elementləri (rikel və dirək)
bütün düyünlərdə, yaxud düyünlərin çoxunda sərt (oynaqsız) birləşir. Çərçivə
tikintidə geniş işlədilən yüksaxlayan konstruksiyadır. Sənaye və ictimai binaların,
yaşayış evlərinin, körpülərin dəniz neft qurğularının, nəqliyyat maşınlarının və
başqa tikintilərin yüksaxlayan konstruksiyası kimi həm müstəvi, həm də fəza
qurğularında işlədilir. Çərçivə, əsasən, metal və dəmir betondan, bəzən isə ağacdan
(yapışqanla bərkidilmiş) quraşdırılır. Bakıda və respublikanın başqa şəhərlərində
tikilən binaların çoxunun karkası çoxmərtəbəli, çoxaşırımlı çərçivə konstruksiyası
şəklində layihələşdirilir. Monolitliyi, çevikliyi və fəzada yaxşı işləməsi, zəlzələyə
davamlı olması – üstün cəhətləridir.
Dostları ilə paylaş: