Bəzək materialları (inşaatda) – bina və tikililərin istismar və dekorativ
keyfiyyətlərini yüksəldən materiallar və məmulatlar. Müasir bəzək materiallarına,
əsasən, aşağıdakılar daxildir: məhlullar və betonlar, təbii daş, keramika, ağac,
kağız, şüşə, plastik kütlə, asbestsement, lak və boya materialları. Bu materiallardan
daxili və xarici bəzək işləri üçün istifadə olunur.
Bitkiçilik –
1) kənd təsərrüfatının əsas sahələrindən biri; insanları qida məhsulları,
heyvanları yem, sənayenin bir çox sahələrini (yeyinti, qarışıq yem, toxuculuq,
əszaçılıq, ətriyyat və s.) bitki mənşəli xammalla təmin etmək üçün mədəni bitkilər
və onların becərilmə üsullarını hərtərəfli öyrənməklə məşğul olur. Bitkiçiliyin
arlaçılıq (taxıl, texniki bitkilər, yem bitkiləri və s. bura aiddir), tərəvəzçilik,
meyvəçilik, üzümçülük, çəmənçilik, meşəçilik, gülçülük və s. kimi sahələri də
vardır.
2) Bitkilçilik az məsrəflə yüksək keyfiyyətli bol məhsul almaq üçün mədəni
bitkilər və onların becərilmə üsulları haqqında elmdir. Kənd təsərrüfatı bitkilərinin
biologiyasını və xarici mühitlə qarşılıqlı əlaqəsini öyrənir.
Bitkilər – günəş enerjisindən istifadə etməklə avtotrof qidalanan və
hüceyrələri bir qayda olaraq sellülozadan ibarət sıx qlaflı canlı orqanizmlər.
Fotosintez və bununla əlaqədar fizioloji-biokimyvəi proseslər bitkiləri başqa
canlılardan fərqləndirməyə imkan verir. Heyvanlara nisbətən bitkilər biosferin
müxtəlif təbəqələrində daha geniş sahələrdə yayılmışdır. Bitkilər buz, daş, şüşə,
qaynar bulaqların suyunda məskən salıb oranın ilk canlıları olurlar. Yer kürəsində
500 min növ bitki yayılmışdır ki, bunun 200–250 mini çiçəkli bitkilərdir.
Dostları ilə paylaş: |