Təcrübi hissə
Təcrübə 1. Xrom 3-oksidin alınması
Kristallizatorun içərisinə çini buta qoyub, yarıya qədər ammonium-bixromat duzu doldurun. Duzun içərisinə yanar çöp daxil edin. Parçalanma reaksiyası nəticəsində bozumtul yazıl rəngli xrom 3-oksidi alınır. Reaksiyanın tənliyini yazın.
(NH4)2Cr2O7 Cr2O3 + N2 + 4H2O
Təcrübə 2. Xrom 3-oksidin xassələri
İki sınaq şüşəsinin hər birinə bir qədər xrom 3-oksid tökməli. Birinci sınaq şüşəsinə su, ikinciyə isə duru xlorid turşusu əlavə edib çalxalamalı. Xrom 3-oksid suda və turşuda həll olurmu?
K2Cr2O7 + 3C K2O + Cr2O3 + 3CO
K2Cr2O7 + S K2SO4 + Cr2O3
4Cr(NO3)3 2Cr2O3 + 12NO2 + 3O2
2Cr(OH)3 Cr2O3 + 3H2O
Təcrübə 3. Xrom 3-hidroksidin alınması və xassələri
a) Sınaq şüşəsinə 2-3 ml üçvalentli xrom duzu məhlulu üzərinə, bozumtul-yaşıl rəngli çöküntü əmələ gələnə qədər damcı-damcı qələvi məhlulu əlavə edin. Reaksiyanın tənliyini yazın.
b) Çöküntünü iki hissəyə bölün. Onlardan birinin üzərinə 1:1 nisbətində durulaşdırılmış xlorid və ya sulfat turşusu, o birinə isə qatı qələvi məhlulu əlavə edin. Hər iki halda xrom 3-hidroksid çöküntüsünün həll olması nə ilə izah olunur? Müvafiq reaksiyaların tənliklərini yazın.
Cr2(SO4)3 + 3NaOH = 3Na2SO4 + 2Cr(OH)3 ¯
Cr(OH)3 + 3HCl = CrCl3 + 3H2O
Cr(OH)3 + NaOH = NaCrO2 + 2H2O (əridildikdə)
.
Cr(OH)3 + 3NaOH = Na3[Cr(OH)6] (məhlulda)
Təcrübə 4. Üçvalentli xrom duzlarının oksidləşməsi
Sınaq şüşəsinə 2-3 ml üçvalentli xrom duzu məhlulu töküb, üzərinə əmələ gələn çöküntü həll olana qədər qələvi məhlulu əlavə edin. Alınmış xromit duzu məhlulunu iki hissəyə bölüb birinin üzərinə bromlu su, o birinin üzərinə isə hidrogen peroksid əlavə edin. Məhlulların rəngi necə dəyişir? Reaksiyaların tənliyini yazın.
Cr2O3 + 2KOH = 2KCrO2 + H2O
Cr2O3 + K2CO3 = 2KCrO2 + CO2
Təcrübə 5. Xromatın bixromata və əksinə çevrilməsi
a) Sınaq şüşəsinə 2-3 ml kalium-xromat – K2CrO4 məhlulu üzərinə bir qədər durulaşdırılmış sulfat turşusu əlavə etməli və sarı rəngli məhlulun narıncı rəng almasını müşahidə etməli. Reaksiyanın tənliyini yazın.
b) Sınaq şüşəsinə 2-3 ml kalium-bixromat məhlulu töküb, üzərinə bir qədər kalium hidroksid məhlulu tökməli və məhlulun narıncı rənginin sarı rəngə çevrilməsini müşahidə etməli. Reaksiyanın tənliyini yazın.
2K2CrO4 + 2HCl = K2Cr2O7 + 2KCl + H2O
2K2CrO4 + H2SO4 = K2Cr2O7 + K2SO4 + H2O
K2Cr2O7 + 2KOH = 2K2CrO4 + 2H2O
Təcrübə 6. Bixromatların oksidləşdirici xassəsi
Sınaq şüşəsinə 2-3 ml kalium-bixromat məhlulu töküb, üzərinə turş mühit yaratmaq üçün 2-3 damcı duru sulfat turşusu əlavə edin. Qarışığın üzərinə bir qədər natrium-nitrit məhlulu tökərək, onun narıncı rənginin yaşıl rəngə çevrilməsini müşahidə edin. Reaksiyanın tənliyini yazın.
K2Cr2O7 + = K2SO4 + 2CrO3 + H2O
K2CrO4 + = K2SO4 + CrO3 + H2O
Dostları ilə paylaş: |