Təklifin qiymətə görə elastikliyt
Bazann iqtisadiyyatın dəyişməsinə reaksiyasının təyinində tələbin elastikliyi kimi, təklifin qiymətə görə elastikliyi də mühüm əhəmiyyətə malikdir. İstehlakçının gəliri artdıqda və ya digər hər hansı dəyişmədə nəticə etiban ilə tələb əyrisi sürüşür, onda qiymət və miqdarın uyğunlaşması təklif əyrisi boyunca baş verir
Təklifin qiymətə görə elastikliyi (və ya təklifin elastikliyi) təklifin həcminə təsir edən digər amillər dəyişmədikdə qiymətin bir faiz dəyişməsi ilə şərtlənən əmtəələrə təklifin həcminin faizlə dəyişməsidir.
Təklif əyrisi yuxarıya meylli (artan xarakterli) əlduğuna görə təklifin elastikliyi həmişə müsbətdir. Təklif nə qədər yüksək elastikliyə malik olarsa, satıcılar bir o qədər qiymətin artması üstünlüklərindən istifadə edərək, asanlıqla məhsul buraxılışı həcmini artıra bilərlər. Təklifin elastikliyi aşağıdakı düsturla ilə təyin oluna bilər:
Qeyd edək ki, tələbə aid olan qanunauyğunluqlar təklif üçün də yalnız əks asılılıqda xarakterikdir: qiymətin yüksəlməsi ilə adətən təklifin həcmi artır. Təklifin elastikliyi istehsal güclərinin yüklənmə dərəcəsi, əmtəə ehtiyatlannm ölçüsü, yeni investisiyalar və onların realizə olunma müddətləri, istehsal şəraiti və onun bazar konyukturasma reaksiyasının çevikliyi və s. müxtəlif amillərdən asılıdır.
Tələbdən fərqli olaraq, təklifin elastikliyinin vahidə bərabərliyi əhəmiyyətli bölüşdürücü nöqtəni təyin etmir, çünki tədarükçülər (istehsalçılar) tərəfindən alınan ümumi gəlirin ölçüsü qiymətin yüksəlməsi ilə təklif əyrisi boyunca baş verir. Təklif əyrisində qiymət və miqdar eyni vaxtda artırlar. Təklifin elastikliyini başa düşmək üçün onun vaxt amilindən çox asılılığını nəzərə almaq lazımdır. Adətən təklifin elastikliyi qiymətləndirildikdə ani müddət, qısamüddətli və uzunmüddətli dövrlərdən istifadə olunur.
Dostları ilə paylaş: |