Qısamüddətli və uzunmüddətli dövrlərdə tələb və təklif.
Aparılmış tədqiqatlar göstərir ki, qiymətin dəyişməsinə tələb və təklifin həcminin reaksiyası, satıcılar və alıcılar həmin dəyişməyə uyğunlaşması üçün lazım olan vaxtdan asılıdır. Həm tələbin, həmdə təklifin elastİkliyi uzunmüddətli dövrdə qısamüddətli dövrə nisbətən adətən yüksəkdir. Buna misal olaraq 70-ci illərdə ABŞ-da benzinin qiymətinin kəskin artması ilə tələbin dəyişməsinə uzunmüddətli və qısamüddətli dövrlərdə reaksiyam göstərmək olar.
Qiymətin yüksəldiyi dövrdə amerikalılar benzinə qənaət etmək üsullarını az bilirdilər. Vaxt keçdikcə onlar böyük avtomobilləri saxlayaraq gələcəkdə kiçik avtomobillər almağı qərar aldılar. Beləliklə, benzinə tələb qiymətin artığı ilk aylarda çox az aşağı düşmüşdür. Lakin sonra istehlakçılar böyük avtomobilləri daha kiçİk avtomobillərlə əvəz etdikdə benzinə tələb əyrisi aşağıya tərəf sürüşməyə başlamışdır. Uzunmüddətli tələb əyrisi tələbin bəcminin qiymətdən asılı olduğu vəziyyətdə, istehlakçıların qiymətin dəyişməsinə tam uyğunlaşma imkanlarını əks etdirir. Qısamüddətli tələb əyrisi isə əksinə istehlakçıların qiymətin dəyişməsinə tam uyğunlaşa bilmədikləri situasiyanı əks etdirir.
Ümumiyyətlə qeyd etməliyik ki, alıcıların qiymətin dəyişməsinə adaptasiya olunma imkanlarının dərəcələri fərqlənən çoxlu qısamüddətli tələb əyriləri mövcuddur. Uzunmüddətli dövrdə qısamüddətliyə nisbətən istehlakçılar qiymətin dəyişməsinə daha çox reaksiya verdiklərinə görə bütövlükdə uzunmüddətli tələb əyriləri qısamüddətliyə nisbətən daha elastİkidir. Benzinlə əlaqədar olan uzunmüddətli tələb əyrisi qiymətin artmasından 5-6 il sonra alıcıların davranışını təsvir edə bilər (yəni əksər insanlara daha qənaətli avtomobil almaq üçün lazım olan vaxt). Təklif əyrisi də, tələb əyrisində olduğu kimi, uzunmüddətli dövrdə qısamüddətliyə nisbətən daha elastİkidir.
Uzunmüddətli təklif əyrisi, təklifin həcminin qiymətdən asdılığı situasiyasında firmaların qiymətin dəyişməsinə tam adaptasiya olunma müddətini əks etdirir. Qısamüddətli təklif əyrisi isə satıcıların qiymətin dəyişməsinə tam adaptasiya olunmadıqlan situasiyaya aid edilir. Firmaların qısamüddətli dövrlərdə təklifə reaksiyası məhduddur, çünki onlann istifadə etdikləri resurslan tez dəyişdirilmiş şəraitə uyğun hala gətirmək mümkün deyildir.
Məsələn, mövcud istehsal avadanlıqlarını dəyişmək mümkün deyildir. Firma məhsul buraxılışı həemini iş vaxtından kənar vaxtda iş və daha çox sayda işçi tutmaq vasitəsi ilə genişləndirə bilər, lakin o nisbətən bahadır. Beləliklə, təklifin həemi uzunmüddətli dövrlərdə qısamüddətli dövrə nisbətən qiymətin dəyişməsinə daha həssasdır. Çünki uzunmüddətli dövrdə firma yeni istehsalı istifadəyə vermək, yeni avadanlıq və yeni heyyəti hazırlamaq üçün vaxta malikdir. Eyni zamanda qısamüddətli dövrdə tələb əyrisi və ya təklif əyrisinin sürüşməsi qiymətə ən çox təsir göstərir. Uzunmüddətli dövrdə isə onlann sürüşməsi ən çox istehsal həcminə təsir edir.
Ədəbiyyat siyahısı
N.QREQORİ MENKYU EKONOMİKSİN PRİNSİPLƏRİ
https://az.wikipedia.org/wiki/
Dostları ilə paylaş: |