Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Universiteti



Yüklə 111,8 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü111,8 Kb.
#41591
1   2   3   4   5
408 mikro

Tələbin qiymətə görə elastikliyi (və ya sadəcə olaraq tələbin qiymət elastikliyi):

Tələbin qiymətə _ tələbin həmcminin faizlə dəyişməsi görə elastikliyi qiymətin faizlə dəyişməsi və ya



düsturundan aydın olur ki, elastiklik göstərieisi yalnız qiymət və həcminin artımlarının nisbətlərindən deyil, eləeədə onların faktiki qiymətlərindən asılıdır. Elastiklik təyin edildikdə dəyişmə faizini ölçmək üçün nəzərdən keçirilən kəmiyyətlərin əvvəlki, sonrakı və ya orta qiymətlərindən istifadə edilə bilər. Tutaq ki, futbol biletinin qiyməti PQ=22,50 manatdan Pj=20,00 manatadək azalmış və tələbin həemi isə Qo=10 min yerdən Qj=20 min yerədək artmışdır.

Qeyd edək ki, tələbin elastikliyinə təsir edən amillərdən biri əmtəənin əvəzedicilərinin olmasıdır.

Əmtəənin əvəzediciləri nə qədər çox olarsa və onların faydalı xassələri nə qədər yaxın olarsa, bu əmtəəyə tələbin elastikliyi bir o qədər yüksək olacaqdır. Məsələn, duz qeyri-elastik əmtəədir, çünki onun heç bir əvəzedicisi yoxdur. Şanpun isə elastik əmtəədir. Onun bir markasının qiyməti yüksəldikcə, alıcılar öz tələblərini digər markalara yönəldirlər . Müəyyən əmtəənin istifadə imkanları nə qədər çox müxtəlif olarsa, ona tələbin elastikliyi bir o qədər yüksək olacaqdır.

Məsələn, çörək bişirilən sobalara tələb qeyri-elastikdir. Çünki onun qiymətinin artmasına baxmayaraq, zavod yenidən qurulduqda həmin soba alınmalıdır, əks halda zavod dayanacaqdır. Onun əksinə olaraq universal avadanlıqlara tələb qiymətə görə elastikdir.

Əmtəə tərəfindən ödənilən tələbat nə qədər zəruri olarsa, həmin əmtəəyə tələbin elastikliyi bir o qədər kiçik olacaqdır. Məsələn, çörəyə tələb turist putyovkasına nisbətən daha az elastikliyə malikdir.

Əmtəənin əldə edilməsi nə qədər məhdud olarsa, həmin əmtəəyə tələbin elastikliyi bir o qədər kiçik olacaqdır. Belə vəziyyət defisit halı üçün xarakterikdir. Defisit istehlakçı üçün seçimin məhdudlaşdırılması deməkdir. O, “nə verirlər onu götür” prinsipi ilə xarakterizə olunur, burada artıq qiymət haqqında düşünülmür, əmtəənin əldə edilməsi başlıca amilə çevrilir. Mahiyyətcə “növbə effekti” də ona yaxındır.

Əmtəəyə tələb vaxt keçdikcə daha elastiki olur. Məsələn, elektrik eneqisinin qiymətinin kəskin artırılması həmin an istehlakçılar tərəfindən tələbin ona müvafiq ixtisarına səbəb olmur. Çünki onlara yeni enerji qənaətedici avadanlıqları almaq üçün vaxt lazımdır. Yalnız həmin halda onlann elektrik eneıjisinə tələbləri daha elastiki olacaqdır. Məlumdur ki, əmtəəyə tələbin həcminə nəinki yalnız onun özünün qiyməti, eləcədə digər əmtəələrin qiyməti və istehlakçıların gəlirləri təsir göstərir. Tələbin həcminin bu təsirlərə həsasbğıda elastikliyin köməyi ilə ölçülür.

Əmtəəyə tələbin həcmi əvəzedici əmtəələrin qiymətlərinin yüksəlməsi ilə artır və tamamlayıcı əmtəələrin qiymətlərinin artması ilə aşağı düşür. Məsələn, balığa tələbin həcmi ətin qiymətinin yüksəlməsi ilə artır, eyni zamanda benzinin qiyməti artdıqda maşınlara tələbin həcmi azalır. Tələbin qiymətə görə çarpaz elastikliyi digər əmtənin qiymətinin 1% artdığı halda, hər hansı əmtəəyə tələbin həcminin faizlə dəyişməsidir. Əmtəəyə (məsələn, balığa) tələbin (i) dolayı elastüdiyi digər əmtənin (j) qiymətinə (məsələn, ət) görə aşağıdakı kimi hesablanır:

(3.2)

Çarpaz elastİklİk bir əmtəənin (j) qiymətinin və digər əmtəəyə (i) tələbin həcminin dəyişməsi arasmda əlaqəni əks etdirir.

Qarşılıqlı tamamlanan və qarşılıqlı əvəzolunan əmtəələr çarpaz elastiklik terminində ifadə oluna bilər. Əmtəələr arasmda çarpaz elastiklik müsbət olduqda, onlar qarşılıqlı əvəz olunandır.

Əmtəələr arasmda çarpaz elastiklik mənfi olduqda, onlar qarşılıqlı tamamlanandır. İstənilən əmtəə cütləri arasmda qiymətə görə müsbət çarpaz elastiklik nə qədər yüksək olarsa, alıcılar daha çox asanlıqla bir əmtəəni digər ilə əvəz edirlər. Əgər istənilən iki əmtəənin tələbinin çarpaz elastiklik əmsalı sıfıra bərabərdirsə, deməli, həmin əmtəələrin istehlakı bir-birindən asılı deyildir, yəni müstəqildir. Əgər tələbin çarpaz elastiklik əmsalı sıfırdan əhəmiyyətli fərqlənirsə əmtəələr istehlakı qarşılıqlı əlaqəlidir, çünki birinə tələbin həcmi digərinin qiymətinin dəyişməsinə reaksiya verir.

Çarpaz elastİklİk bir əmtəənin (j) qiymətinin və digər əmtəəyə (i) tələbin həcminin dəyişməsi arasmda əlaqəni əks etdirir. Qarşılıqlı tamamlanan və qarşılıqlı əvəzolunan əmtəələr çarpaz elastiklik terminində ifadə oluna bilər. Əmtəələr arasmda çarpaz elastiklik müsbət olduqda, onlar qarşılıqlı əvəz olunandır.

Əmtəələr arasmda çarpaz elastiklik mənfi olduqda, onlar qarşılıqlı tamamlanandır. İstənilən əmtəə cütləri arasmda qiymətə görə müsbət çarpaz elastiklik nə qədər yüksək olarsa, alıcılar daha çox asanlıqla bir əmtəəni digər ilə əvəz edirlər.

Əgər istənilən iki əmtəənin tələbinin çarpaz elastiklik əmsalı sıfıra bərabərdirsə, deməli, həmin əmtəələrin istehlakı bir-birindən asılı deyildir, yəni müstəqildir. Əgər tələbin çarpaz elastiklik əmsalı sıfırdan əhəmiyyətli fərqlənirsə əmtəələr istehlakı qarşılıqlı əlaqəlidir, çünki birinə tələbin həcmi digərinin qiymətinin dəyişməsinə reaksiya verir.


Yüklə 111,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin