Tələbin gəlirə görə elastikliyi.
Məlumdur ki, istehlakçıların gəlirlərinin səviyyəsinin dəyişməsi istənilən əmtəə və ya xidmətə tələbin həcmini bütün qiymətlərdə dəyişir və tələb əyrisini sürüşdürür. Gəlirin dəyişməsinə tələb həcminin həsashğı, yəni gəlirin dəyişməsi nəticəsində tələb əyrisinin sürüşməsinin son kəmiyyəti tələbin gəlirə görə elastİkliyinin köməyi ilə ölçülür.
Gəlirə görə tələbin elastildiyi gəlirin 1% artmasının təsiri ilə əldə olunmuş tələb həcminin faizlə dəyişməsidir.
Gəlirə görə tələbin elastikliyi anlayışı zinət əşyaları və ilk tələbat mallan arasında fərqlərin müəyyən edilməsində də faydalıdır. Zinət əşyalarına tələbin gəlirə görə elastikliyi vahiddən böyükdür. İlk tələbat əşyalarına tələbin gəUrə görə elastikliyi vahiddən kiçikdir.
Əgər tələbin gəlirə görə elastikliyi 1-dən böyükdürsə, başqa şərtlər dəyişmədikdə, gəlirin 1% artımı tələbin həcmini, 1-dən çox artırır. Qiymətlərin fiksə edilmiş olduğu halda, həmin əmtəəyə xərclərin ümumi məbləği də 1%-dən çox artacaqdır. Beləliklə, zinət əşyalarına düşən istehlak xərclərinin payı gəlirin artması ilə yüksəlir. Bu halda ilk tələbat əşyalarına istehlak xərclərinin payı azalır. Ölkə varlı olduqca, ucuz və aşağı keyfiyyətli əmtəələr istehsal edən sahələr ixtisar olunur, ilk tələbat malları istehsal edən sahələr orta tempdən aşağı, zinət əşyaları istehsal edənlər isə orta tempdən yüksək sürətlə inkişaf edirlər.
Dostları ilə paylaş: |