Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Universiteti Sərbəst iş


Hərfli yazı çox mürəkkəb proses əsasında yaranmışdır



Yüklə 0,57 Mb.
səhifə5/7
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#40325
növüYazı
1   2   3   4   5   6   7
AZ dili M31G

Hərfli yazı çox mürəkkəb proses əsasında yaranmışdır. Və bir neçə əsr ərzində inkişaf etmişdir. Hərfli yazı barbarlıq dövrünün lll pilləsində əmələ gəlmişdir. F.Engels cəmiyyətin barbarlıqdan mədəniyyət dövrünə keçməsində səs yazısının böyük əhəmiyyətə malik olduğunu qeyd edir.

Bu yazı tipi xarakterlərinə görə 2 yerə bölünür: konsonant və vokallaşdırılmış yazı.

Yalnız samit səslərin hərflərlə göstərildiyi yazı konsonant yazıdır. Həm sait, həm samit səslərin əks olunduğu yazı vokallaşdırılmış, yəni tam fonoqrafik yazıdır.

V.İstrinin müəyyən etdiyinə görə müasir dövrdə dünya xalqlarının 50%-i bu yazıdan istifadə edir.

Beləliklə dünyada 4 yazı tipinin hər birindən istifadə olunur.

Yazı düz xətt boyunca düzülmüş vahidlərin ardıcıllığı olanda o fonetik prinsipə əsaslanır. Dilin hər bir foneminin yazıda öz işarəsi-qrofemi olur. Bu gün latın, aromeik, finikiya, kiril, ərəb və brahmi şriftləri dünya dilləri üçün əsas götürülür.

Yazı müasir insanların dünya görünüşünün formalaşmasında xüsusi əhəmiyyət kəsb edib və edəcək. Biz yazı vasitəsilə biliklərə yiyələnir, müxtəlif elmlərin sirlərini öyrənə bilirik. Ona görə də yazının həyatımızda nə qədər əhəmiyyətli olduğunu unutmamalıyıq.

sə bir hərf müvafiq olaraq bir səsi bildirir.



Belə bir hipoteza var ki, inklərin istifadə etdiyi ip düyünləri, kipu, əslində yazı nümunələridir[1].

Fonoqrafik yazının tarixi çox genişdir



Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır.[1]

Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır:



  1. ayırıcı işarələr;

  2. fərqləndirici işarələr.

Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin