Azərbaycan Respublikası Təhsil Nazirliyi rma pedaqogikadan tədris proqramlarının
layihəsi göndərildi. Proqramlara məktəbin
həyatla və əməklə əlaqəsinə dair yeni
məsələlər daxil edildi. Pedaqogika üzrə
mövcud proqram gənc nəslin təhsil-tərbiyəsi
ilə bağlı artan tələbatı ödəmirdi.
1965-ci ildə SSRİ Ali və Orta İxtisas
Təhsili Nazirliyi və RSFSR M aarif Nazirliyi
tərəfindən pedaqoji institutlar üçün yeni
pedaqogika proqramları nəşr edildi. Bu
proqramda yenə də tərbiyə nəzəriyyəsi təlim
nəzəriyyəsindən əvvəl verilmişdi. Pedaqoji
proseslərin psixoloji əsaslandırılmasına diq
qət yetirilmiş, təlim və tərbiyənin prinsipləri
və metodlarının təsnifatında müəyyən
dəyişikliklər edilmişdi. Universitet tələbələri
üçün pedaqogika proqramı qismində SSRİ
Ali və Orta İxtisas Təhsili Nazirliyi
tərəfindən 5 noyabr 1960-cı ildə buraxılan
proqramdan istifadə edilirdi. Pedaqogika ka
fedralarının iradları nəzərə alınmaqla həmin
proqram 1965-ci ildə dəyişdirildi və nəşr
olundu.
60-cı illərin sonunda bütün ali peda
qoji məktəblər üçün yeni tədris planları
tərtib edildi. Tədris planlarının layihəsi keç
miş SSRİ ali pedaqoji məktəblərinin peda
qogika və psixologiya kafedralarının müdir
lərinin iştirakı ilə müzakirə olundu. Tədris
planları və proqramlarının tərtibində gələcək
müəllimlərin nəzəri və praktiki hazırlığının
təkmilləşdirilməsi, dünyagörüşlərinin geniş
ləndirilməsi əsas götürülürdü.
70-ci illərin əvvəllərində pedaqoji
institutlarda yeni tədris planları və proqram
ları tətbiq edildi. Əsas fənlərlə yanaşı xüsusi
kursların, seminarların, fakültativlərin də
aparılması planlaşdırıldı. Az sonra ali peda
qoji məktəblər üçün nəzərdə tutulan tədris
planları ciddi tənqid olundu. 1974-cü ildə
SSRİ pedaqoji institutların pedaqogika və
psixologiya kafedra müdirlərinin müşavirə
sində ‘‘Pedaqogikaya giriş” kursunun tədrisi
qeyri-qənaətbəxş hesab edildi. Çünki kursun
tədrisində pedaqogikanın fundamental meto
doloji məsələlərinin şərhi nəzərdə tutulurdu
ki, bu da tələbələrdən yüksək fəlsəfi
və
pedaqoji hazırlıq tələb edirdi. Digər tərəfdən
isə həmin mövzular “Pedaqogika”da (II
kursda) yenidən öyrənilirdi. Öyrədilməsi
nəzərdə tutulan mövzular arasında rabitə-
sizlik kursun nəzəri-metodoloji əhəmiyyə
tini, elmi səviyyəsini azaldırdı. Bu səbəbdən
də xüsusi
kursun məzmunu ciddi dəyiş
dirildi və 1975-ci ildən “Müəllimlik ixtisa
sına giriş” adı ilə tədris planına daxil oldu.
Bu kursun tədrisində məqsəd tələbələri
pedaqoji peşənin sosial əhəmiyyəti, mahiy
yəti, müəllimlik işinin xüsusiyyətləri,
keyfiyyətləri və pedaqoji peşə hazırlığı siste
mi ilə tanış etməkdən ibarət idi.
20-ci illərdən başlayaraq 90-cı illərin
əvvəllərinə kimi pedaqogika tarixinə aid
proqram, əsasən, rus dilindən tərcümə edil
mişdir. Moskvada hazırlanan tədris planları
və proqramları bütün ali pedaqoji məktəblər
üçün eyni idi. Respublikaların milli xüsusiy
yətləri, təhsil və tərbiyə ənənələri nəzərə
alınmadan tədris olunurdu.
Qeyd etmək lazımdır ki, XX əsrin
20-80-ci illərində Azərbaycanda ali pedaqoji
təhsilin məzmununun təkmilləşdirilməsi
istiqamətlərinin öyrənilməsi mühüm əhə
miyyət kəsb edir. O da qeyd edilməlidir ki,
XX əsrin 20-80-ci illərində Azərbaycanda
ali pedaqoji təhsilin məzmununun təkmil
ləşdirilməsi istiqamətləri müqayisəli şəkildə
öyrənilməli, tədqiq və təhlil olunmalıdır.
Çünki XX əsrin 20-80-ci illərində Azərbay
canda ali pedaqoji təhsilin məzmununun
32
təkmilləşdirilməsi istiqamətlərinin öyrənil
məsi həm nəzəri, həm də praktik əhəmiyyət
kəsb edir.