Azərbaycan Respublikası Təhsil Nazirliyi azərbaycanda ali pedaqoji TƏHSİLİn məzmununun təKMİLLƏŞDİRİLMƏSİ



Yüklə 268,65 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix22.10.2023
ölçüsü268,65 Kb.
#159811
növüTədris planı
1   2   3   4   5   6
jrn2017 169

“Azərbaycan məktəbi” 2017/2
pedaqoji təhsil müəssisələrinin tədris planla­
rında ciddi dəyişikliklər edildi. 1954-cü ilin 
tədris planlarından fərqli olaraq pedaqoji ali 
təhsil müəssisələrinin 1957/1958-ci dərs 
ilindəki tədris planlarından məktəb gigiye­
nasına ayrılan saatların miqdarı 36 saata 
qədər artırıldı.
60-cı illərdə pedaqoji ali təhsil 
müəssisələrində yüksək ixtisaslı müəllim 
kadrlarının hazırlanması istiqamətində xeyli 
səmərəli işlər həyata keçirildi. “Məktəbin 
həyatla əlaqəsinin möhkəmləndirilməsi və 
SSRİ-də xalq təhsili sisteminin daha da inki­
şaf etdirilməsi haqqında” qanuna müvafiq 
olaraq respublikanın pedaqoji ali təhsil 
müəssisələrinin tədris planları və proqramla­
rında müəyyən dəyişikliklər edildi.
Məktəb haqqında qanunda nəzərdə 
tutulanları həyata keçirmək üçün tədris plan­
larını daha da təkmilləşdirmək məqsədilə 
onlara yenidən baxılması vacib idi. Həm də 
1957/1958-ci illərin tədris planlarında tədris 
işinin təşkilində və müəllimlərin praktiki 
hazırlığının məzmununda müəyyən nöqsan­
lar var idi. Yeni tədris planlarına əsasən icti­
mai və pedaqoji-psixoloji fənlər əvvəlki 
həcmdə qaldı. Pedaqoji fənlərin tədrisi 
təkmilləşdirildi, xüsusilə psixologiya kur­
sunda yaş psixologiyasının öyrənilməsi 
nəzərdə tutuldu.
Geniş profilli müəllim hazırlığı ide­
yası özünü doğrultmurdu. Tələbələr hər iki 
ixtisas üzrə yaxşı hazırlaşa bilmirdilər. 
İxtisasın hər ikisini yüksək səviyyədə 
öyrənmək çətinlik törədirdi. Digər tərəfdən 
pedaqoji ali təhsil müəssisələrində təlim 
müddətinin artırılması da müəllim kadrları­
na olan ehtiyac baxımından özünü doğrult­
madı. Bununla əlaqədar Sov. İKP MK və 
Nazirlər Sovetinin 9 may 1963-cü il 
qərarının həyata keçirilməsi ilə əlaqədar ola­
raq 1963/1964-cü tədris ilində pedaqoji ali 
təhsil müəssisələrinin tədris planlarında yeni 
dəyişikliklər edildi. Pedaqoji ali təhsil 
müəssisələrində müəllimlərin bir ixtisas üzrə 
hazırlanmasının yeni tədris planları təsdiq 
edildi.
ADU-nun 1959-cu ildəki yeni tədris 
planı əvvəlki tədris planlarından xeyli 
fərqlənirdi. Bu tədris planlarında təlimin 
təcrübə ilə əlaqələndirilməsi xeyli güclən­
dirilmişdi. Bir çox fakültələrdə (şərq, fizika, 
kimya, biologiya) mühazirə saatları ilə 
müqayisədə praktik saatların miqdarı xeyli 
artırılmışdı. Filologiya, tarix, coğrafiya və 
riyaziyyat fakültələrində nəzəri və praktiki 
məşğələlər arasındakı saatların nisbəti o 
qədər də fərqlənmirdi.
Universitetin yeni tədris planları 
onunla fərqlənirdi ki, onlarda pedaqogika, 
digər fənlərin metodikası və pedaqoji 
təcrübənin keçirilməsi genişləndirilmişdi.
1964-cü ildə universitetin tədris 
planlarına yenidən baxıldı. Yeni tədris planı 
1959-cu ilin tədris planlarından bəzi 
fakültələrdə pedaqoji fənlərin ixtisar olun­
ması ilə fərqlənirdi. Universitetdə pedaqoji 
fənlərə ayrılan saatların ümumi həcmi artı­
rılsa da, pedaqoji institutlarla müqayisədə bu 
saatların miqdarı xeyli az idi. Universitetin 
məzunlarının 80%-dən çoxunun pedaqoji 
sahəyə işə göndərilməsini nəzərə alsaq, bu 
həmin saatların azlığının müəllim kadrları 
hazırlığına mənfi təsir göstərməsi qənaətinə 
gəlməyə imkan verir. Həmin dövrdə pedaqo­
ji institutların proqramlarında da dəyişik­
liklər edildi, yerli əhəmiyyət kəsb edən 
fənlərin yeni proqramları yaradıldı. Bu 
müddət ərzində pedaqogikadan 3 proqram 
nəşr edildi. 1960-cı ilin əvvəlində SSRİ Ali 
və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən 
müttəfiq respublikaların pedaqoji institutla-
31



Yüklə 268,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin