Azərbaycan Respublikası Təhsil Nazirliyi
AZƏRBAYCANDA ALİ PEDAQOJİ TƏHSİLİN
MƏZMUNUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Şiruyə Azadəliyeva,
pedaqogika iızrə fəlsəfə doktoru, dosent
Açar sözlər: təhsilin məzmunu, ali pedaqoji təhsil, tədris planı, pedaqoji kadr
hazırlığı, ali təhsil müəssisəsi.
Ключевые слова: содержание образования, высшее педагогическое образова
ние, учебные планы, подготовка педагогических кадров, высшее учебное заведение.
Key words: the content o f education, higher teacher training, curriculum, training
o f teaching staff, higher education.
Təhsilin
məzmunu təlim prosesində
tələbələrə öyrədilən bilik, bacarıq və
vərdişlər sisteminin məcmusundan ibarətdir.
Məzmun pedaqoji prosesin əsas kompo
nentlərindən biri olmaqla bütün prosesin
gedişinə həlledici təsir göstərir. Təhsil
cəmiyyətin sosial-iqtisadi, elmi-mədəni
həyatı ilə bilavasitə bağlı olduğundan o daim
təkmilləşməlidir. XX əsrin 20-ci illərində
Azərbaycanda pedaqoji sahədə təhsil alan
tələbələrin sayı artdıqca, onların
sosial və
milli tərkibi dəyişdikcə təlimin məzmunu da
təkmilləşdirilir və zənginləşdirilirdi. O
dövrdə ali pedaqoji kadr hazırlığını həyata
keçirən müəssisələrdə istifadə olunan tədris
planları, proqramları və dərsliklərin təhlili
bunu
deməyə
əsas
verirdi.
Təhsilin
məzmunu təkmilləşdirildikcə təlimin metod
ları, pedaqoji təcrübənin keçirilməsi metodi
kası keyfiyyətcə dəyişir, məzunların hazırlıq
səviyyəsi yüksəlir, professor-müəllim kadr
larının tərkibi yaxşılaşır. Təhsilin məzmu
nunu əks etdirən sənədlərin təhlili ali peda
qoji təhsil müəssisələrinin ayrı-ayrı inkişaf
mərhələlərində onlarda aparılan dəyişik
liklər haqqında tam təsəvvür yaradır.
XX əsrin 20-ci illərində və 30-cu
illərinin əvvəllərində pedaqoji ali təhsil
müəssisələrinin tədris planları bir neçə dəfə
dəyişdirilmişdir.
Bu elə bir dövr idi ki, həm
ümumtəhsil, həm də ali məktəblərin tədris
planları tez-tez dəyişirdi. Azərbaycan SSR
Xalq M aarif Komissarlığı Kollegiyası
tərəfindən 13 iyun 1921-ci ildə təsdiq edil
miş ilk tədris planı üç ildə ali məktəbdə
tədrisi nəzərdə tutulan fənləri və pedaqoji
təcrübənin təşkilini özündə ehtiva edən
mühüm dövlət sənədi idi. Azərbaycan SSR
Xalq M aarif Komissarlığının kollegiyası
tərəfindən 14 sentyabr 1924-cü ildə Ali
Pedaqoji İnstitut üçün yeni tədris planı
təsdiq edildi. Bu tədris planı əvvəlkilərdən
fərqlənirdi. Əvvəlki tədris planları ilə
müqayisədə
müsbət məziyyətlərinə görə
seçilən yeni tədris planları daha keyfiyyətli
müəllim kadrları hazırlığını nəzərdə tuturdu.
Gələcək müəllimlərin elmi-metodik, ixtisas
hazırlığı ilə yanaşı siyasi mövqeyinin forma
28
laşmasına xüsusi diqqət yetirilirdi. Tədris
planlarının təkmilləşdirilmiş variantı respub
likanın orta məktəbləri üçün yüksək təhsilli
və praktiki cəhətdən yaxşı hazırlanmış peda
qoji kadrların geniş hazırlığının əsasını
qoydu.
Universitetin pedaqoji fakültəsinin
tədris planının təhlili göstərir ki, o,
digər
tədris planları ilə müqayisədə bir sıra
üstünlüklərə malik idi. Belə ki, universitetin
pedaqoji fakültəsinin tədris planı respublika
nın iqtisadi və mədəni tələbatları ciddi
nəzərə alınmaqla tərtib edilmişdi.
Tədris planında məşğələlər dekada
lar üzrə bölünmüşdü. Ümumtəhsil fənləri -
rus dili, bədən tərbiyəsi, hərbi təlim dekada
da 8 saat təşkil edirdi ki, bu da ümumi saat
ların 16,6% -ni təşkil edirdi. İctimai-siyasi
fənlər (təşkilati-metodiki və ictimai-tarixi
fakültələr istisna olunmaqla) hər dekadada
10-12 saat idi, bu da ümumi saatların 20-
22%-ni təşkil edirdi.
Pedaqoji fənlərə
gəldikdə isə hər fakültə üzrə dekadada 12
saat nəzərdə tutulurdu, bunlardan 6-8 saatı
praktik məşğələlərə ayrılırdı. Bu tədris plan
larında pedaqoji fənlər 20-22% təşkil edirdi.
Beləliklə, hər dekadada 48-50 saatdan 28-30
saatı ümumtəhsil, pedaqoji və siyasi fənlərə,
18-20 saat xüsusi fənlərə (təşkilati-metodiki
fakültədən başqa) ayrılırdı. Bu da ümumi
tədris yükünün 37-40%-ni təşkil edirdi.
Tədris planında pedaqoji-psixoloji fənlərə
ayrılan saatlar gələcək müəllimlərin peşə
hazırlığı üçün tam kifayət edirdi.
Ali pedaqoji institutun tədris planı
nın müsbət cəhəti nəzəriyyə ilə təcrübənin
sıx əlaqələndirilməsi ilə bağlı idi. Demək
olar ki, bütün
fakültələrdə pedaqogika
fasiləsiz pedaqoji təcrübə və ixtisasın tədrisi
metodikası ilə vəhdətdə öyrənilirdi.
Tədris planında pedaqoji və siyasi
fənlərin xüsusi çəkisi nisbətən yüksək idi.
Bütün fakültələrdə tələbələr eyni səviyyədə
həm pedaqoji, həm də ictimai-siyasi fənləri
öyrənirdilər.
1940-1950-ci illərdə Azərbaycanda
ali
pedaqoji
təhsilin
məzmununun
təkmilləşdirilməsi prosesi davam etdirildi.
1936/1937-ci dərs ilinin tədris planlarının
əsasını təşkil edən prinsiplər sonrakı illərdə
də saxlanıldı, universitetin tədris planlarında
pedaqoji fənlərin tədrisi genişləndirildi.
Tədris planlarında çoxfənlilik kəskin şəkildə
ixtisar olundu.
1949/1950-ci tədris illərində univer
sitetlərin tədris planlarında, 1951/1952-ci
tədris illərində isə
pedaqoji ali məktəblərin
tədris planlarında əsaslı dəyişikliklər edildi.
Universitetin 1949/1950-ci tədris illərindəki
tədris planında tələbələrin peşə-pedaqoji
hazırlığı zəif əks olunmuşdu. Müharibəyə
qədər və müharibə ərəfəsində olduğu illə
müqayisədə tədris planında pedaqoji fənlərə
ayrılan saatların miqdarı kəskin şəkildə azal
dılmışdı.
1950/1951 -ci dərs ilinin stabil tədris
planı ümumtəhsil silsiləli bəzi fənlərin tədris
planından çıxarılması hesabına müəllimlərin
praktiki hazırlığını müəyyən qədər güclən
dirdi. Lakin bu tədris planlarında
tarix və
öyrənilən dilin coğrafiyası fakültativ fənlərə
çevrildi, ümumi ədəbiyyat, rus və sovet ədə
biyyatı fənləri isə tamamilə çıxarıldı. Bunu
isə müsbət hal kimi qiymətləndirmək olmaz.
Sonrakı illərdə tədris planında prinsipial
xarakter daşımayan cüzi dəyişikliklər edildi.
Respublikanın pedaqoji ali təhsil
müəssisələrinin tədris planlarına 29 may
1954-cü ildə qəbul edilmiş “Respublikanın
pedaqoji ali təhsil müəssisələrində müəl
limlərin peşə hazırlığının vəziyyəti və yaxşı
laşdırılması haqqında” qərar əsasında köklü