Azərbaycan Respublikası Təhsil Nazirliyi baki slavyan universiteti Sərbəst iş Fakültə : Filologiya və xarici dil müəllimliyi İxtisas : Alman dili



Yüklə 39,22 Kb.
səhifə8/10
tarix10.04.2022
ölçüsü39,22 Kb.
#55099
1   2   3   4   5   6   7   8   9   10
Moderinzm və onun cərəyanları

Müsəlman ölkələrində modernizm:

Müsəlman ölkələrində də orta çağlarda dini modernizm prosesləri getmişdi. Mütəzililər dində yeni şərhlərlə çıxış etmiş, onu yeniləşən gerçəkliklərlə uyğunlaşdırmaq istəmişdirlər. Ancaq Avropada gedən proseslərdən fərqli olaraq, burada modern baxışlar adətçilərlə mübarizədə məğlubiyyətə uğradı. Buna baxmayaraq, mütəzililərin qoyduğu işlər müsəlman dünyagörüşünü duyulacaq qədər dəyişə bilmişdir.

Son yüzilliklər boyu yalnız Türkiyənin yüksəlməsi ilə müsəlman dünyasında müəyyən irəlləyişlər əldə olundu. Ancaq bu irəlləyiş siyasi və hərbi sahələrdə olmuşdur. O zaman elmlər, yeni düşüncələr, fəlsəfələr, modern ideyalar olsa da, Avropanın Renessansı baş verməmişdir. Onlar daha çox Avropadan alınan modelləri və texniki vasitələri istifadə edirdilər. Öz ixtiraları yox idi. Bu geriləmə getdikcə dərinləşirdi. Mütləq monarxiya və tayfa hakimiyytləri davam etmiş; respublikaçılıq, parlamentarizm, demokratiya ideyaları yaxına belə buraxılmırdı. Müsəlman modernistləri və ya Quranilər Quranda elmin olduğunu iddia edirdilər. İslam dünyasında elmin, modernizm, insan hüquqlarının leyhinə çıxış etmiş bir sıra cərəyanlardan biri də Quranilikdir. Bu cərəyanın aparacı rolları, İslam dünyasında Renessansın və Reformasiyanın baş verməsini və böyük bir dəyişim ilə müsəlman ölkələrində sülh və ədalətin bərqərar olmasını təbliğ etmişlər. Onlara görə müsəlmanların geridə qalması ilkin İslamdan aralanmasına görə baş vermişdir. Buna görə də məqsəd o çağların dininə qayıtmaq, ictihadın qapılarını açmaq olmuşdur. İslam modernistləri İslamda ruhaniliyə qarşı çıxış etmiş, siyasi sahədə parlamentarizmin və respublikaçılığın tərəfdarları olmuşdurlar. Onlara görə, zamana uyğunlaşmaq üçün yalnız Qurana, ona yeni şərhlərin lazım olduğu, Peyğəmbərin hədislərinə, müctəhidlərin fətvalarına, icma, qiyas metodlarına isə şübhə ilə yanaşırdılar. Onlardan bəziləri banklarda olan pul əməliyyatlarını faiz kimi dəyərləndirməmiş, zinakarları daşqalağ etmə kimi sərt cəzaların tətbiq edilməsinə qarşı çıxış etmişdirlər. Dini islahatçılara görə İslam liberalizmə qarşı deyil, onun təməlində azadlıq ideyaları durur. Dini modernizmlə yanaşı başqa sahələrdə də yeniləşmə prosesləri gedirdi. Onlar daha çox müsəlman dünyasının başqa mədəniyyətlərlə (özəlliklə də Avropa və Rusiya) qarışdığı yerlərdə gedirdi. Çünki o bölgələr inkişafda olan ölkələrlə ayaqlaşmalı idilər. Hər şeydən öncə dünyəvi, dinin və adətlərin ictimai həyatda azalmasına yönələn maarifçilik işlərinə başlanılmışdır. Bu prosesi Avropa daha öncə keçmişdir. Bunu da müsəlman toplumlarında gedən dekonstruksiya kimi dəyərləndirmək olar. Dekonstruksiya bəzən zorakılıqla da keçirilirdi. Zorakılıq Türkiyə və İranda daha çox olmuşdur. Ancaq, bununla belə, bir çox müsəlman bölgələrində müsəlmanların bir çoxu dekonstruksiyaya dəstək verirdilər. Bu proseslər Türkiyə və Rusiya imperiyasında yaşayan müsəlmanların arasında daha da surətlə gedirdi. Ancaq Sovetlər İttifaqı yaranandan sonra, Orta Asiya və Qafqaz müsəlmanlarının arasında dekonstruksuya yeni kommunust ehkamçılığının qurulması üçün keçirilirdi. İranda modernizmin inkişafı İslam inqilabı ilə nəticələndi. Ərəb ölkələrində isə avtoritar və totalitar diktaturaların qurulduğuna görə modernizmin inkişafına yol verilməmişdir. Bu yolda ən irəliləyən ölkə Türkiyə olmuşdur.


Yüklə 39,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin