Azərbaycan Respublikası Təhsil Nazirliyi baki slavyan universiteti Sərbəst iş Fakültə : Filologiya və xarici dil müəllimliyi İxtisas : Alman dili



Yüklə 39,22 Kb.
səhifə9/10
tarix10.04.2022
ölçüsü39,22 Kb.
#55099
1   2   3   4   5   6   7   8   9   10
Moderinzm və onun cərəyanları

Azərbaycanda modernizm:

Azərbaycanda yeniləşmə prosesləri 19-cu yüzilliyin sonları - 20-ci yüzilliyin ilk onilliklərində başlamışdır. O çağlarda, azərbaycanlı maarifçilər çağdaş zamanın tələblərinə uyuşmayan adətçi həyatı bə öyrəncəli baxışları tənqid etməyə başlamışdırlar. Onların məqsədi keçmişin yükündən qurtulub yeni yaşama başlamaq idi. Qurtuluş yolunu da onlar Avropa dəyərlərinə yiyələnməkdə görürdülər. Bunun üçün maarifçilər keçmiş irsin dağıdılması (dekonstruksiyası) işini aparırdılar. Onlar o zamankı azərbaycanlıların baxışlarında, həyat tərzində, incəsənətdə, ədəbiyyatda inqilabçı dəyişikliklərin başlaması işini çox böyük uğurla apara bilmişdirlər. Öz işlərində onlar öncə olmayan metodları, texniki vasitələri işlətmişdirlər. O zamankı Azərbaycan düşünürləri Avropa fəlsəfələrini də yaxşı bilib onları yaşadıqları toplumlar üçün uyğunlaşdırırdılar.



Azərbaycan modernizminin əsaslarını Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi qoymuşdurlar. Daha sonra onların yolunu Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Mikayıl Müşviq, Cəfər Cabbarlı və başqa incəsənət xadimləri, ədəbiyyatçılar, ictimai xadimlər davam etdirmişdirlər. XIX-cu yüzilliyin sonu - XX yüzilliyin əvvəllərində "Əkinçi" qəzeti azərbaycanlıların dünyagörüşünün yenilənməsində böyük rol oynamışdır. Bu yolu ən ardıcıl yerinə yetirən "Molla Nəsrəddin" jurnalı olmuşdur. Bu jurnal Azərbaycanda din və adətlərdən doğan həyat tərzi və düşüncənin dekonstruksiyasının, onların modern düçüncə ilə əvəz olunmasının istehkamına çevirilmişdir. Sovet dövründə bu işi "Şərq qadını" jurnalı da yerinə yetirmişdir.

Siyasi sahədə M. Rəsulzadə, Ə. Hüseynzadə, Ə. Ağaoğlu kimi şəxslər yeni parlamentarizm, respublikaçılıq konsepsiyaları irəli sürərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsaslarını qoymuşdurlar. Azərbaycanda modernizmin başlayıb dərinləşməsinin obyektiv səbəbləri də olmuşdur. Rusiyanın tərkibinə qatılmış müsəlman xalqları sıxıntılar içində yaşayırdılar, imperiyanın başqa xalqlarından çox geridə idilər. Bundan başqa modernizmə təkan verən amil erməni problemi olmuşdur. O zaman geriləmiş müsəlman azərbaycanlılar erməni təcavüşünün qarşısında durmağa çətinlik çəkirdilər. Ona görə də cəmiyyətin yenilənməsi ideyaları önə çəkilmişdir. O dönəmin maarifçiləri bu durumdan çıxış yollarını axtarararaq maarifləndirmə, Avropa dəyərlərinə yiyələnmə ilə modern düşüncənin yürüdülməsi, köhnə adətlərin, həyat tərzinin, dünyagörüşünün dekonstruksiyası yolunda işlər aparmağa başlamışdırlar. Dekonstruksiya varlığın hər bir sahəsində aparılırdı. Ənənəvi dindən aralanma (laiklik), əlifbanın dəyişdirilməsi, Avropa geyimlərinin geyilməsi, memarlıqla ədəbiyyatda klassik şərq üslublarından aralanma və başqa bu kimi yönəlmələr Azərbaycanda dekonstruktivizmin gedişinin göstəriləri olmuşdurlar. Çox zaman öyrəncəli yaşamın və anlayışların nə ilə dəyişilməsi təsəvvürləri də olmamışdır. Azərbaycan maarifçilərinin hansısa konkret konsepsiyaları, ya da fəlsəfələri də olmamışdır. Daha çox Rusiyada yaşayan başqa milli toplumlarla ayaqlaşmaq məqsədi güdülürdü. Ancaq illər öttükcə milli-mədəni muxtariyyat almaq istəkləri də ortalığa çıxmışdır. Sonda isə, Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) yaranmasının özü də modern düşüncəsinin qələbəsi kimi dəyərləndirilə bilər. Çünki demokratik quruluş yüzilliklər boyu sürən öyrəncəli şah-xan-bəy hakimiyyətinin yerinə gəlmişdir. Ancaq, müstəqilliyinin itirilməsi sonu, Azərbaycanda bolşevik-kommunist ideologiyası zəfər çalmışdır. Bundan sonra modernizmin inkişafı dayandırılmış, sosializm realizmi ilə əvəz edilmişdir. Bu ideologiya da yeni olmuşdur. Onun çərçivəsində insanların düşüncələrində köklü dəyişikliklər edilmiş, dekonstruktiv proseslər getmişdir. Ancaq, onlar təbii axarla getməmiş, ədəbiyyatda, incəsənətdə, məişətdə, fəlsəfəfə modern axınların yaranmasına gətirib çıxartmamışdır. Köhnə anlayışlar yalnız sosialist-kommunust ideyaları ilə dəyişdirilmişdir. Bu isə, son olaraq, qədim ehkamların yerinə yenilərinin gəlməsinə gətirib çıxartmışdır. Belə olduqda isə onların özləri də nə vaxtsa dekonstruksiyalara uğramamalı idilər. Sovetlər Birliyi dağılanda onun dəyərlərinin dekonstruksiya baş vermiş, gec də olsa, modernizmə və postmodernizmə keçmək üçün imkanlar yaranmışdır. Beləliklə, modernizm prosesləri Azərbaycanda 19-cu yüzilliyin axırlarından başlasa belə, 20 yüzilliyin sonlarına gədər sürə bilməmişdir. Ancaq müstəqillik qazanandan sonra həyatın ayrı-ayrı sahələrində bu proseslər yenidən getməyə başlamışdır. Ədəbiyyatda yeni cərəyanlar, incəsənətdə yeni üslublar işlənməyə başlamışdır. Marqinal düşüncələr ortalığa çıxmışdır. Bu proseslərin dərinləşməsi üçün elektron informasiya vasitələri, İnternet, sosial şəbəkələr güniş imkanlar yaradır.
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin