Nitsşenin fikirləri:
Modernizm fəlsəfəsinin təməllirini qoyan düşünürlərdən biri də Nitsşedir. Dünya Apollon və Dionisin çarpışması ilə inkişaf edərək irəliləyir. Apollon düzən və ahəngi, Dionis isə qaranlığı, qarışıqlığı simvolizə edən yunan tanrıları olmuşdurlar. Bu substansiyalar bir deyildilər. İlkin olan Dionisdir, ondan Apolon yaranmışdır. Dionislə bağlı iradə hakimiyyətə olan istəkdir. Yalnız güclülərin yaşamağa haqqı vardır, gücsüzlər olmayanlar məhv olmalıdır.
Düzən və düşüncə isə ikinci dərəcəlidirlər, hakimiyyətə çatmaq üçün bir vasitədirlər. İnsan meymundan başladığı kimi, sonra inkişaf edib "Ulu insana" çevrilməlidir. Bu kimi insan başqalarından güclü iradəsi ilə seçilir. O, əski dəyərləri devirib, yenilərini qoyur. Əski dəyərlər isə yalnız bunun qarşısını almaq üçün qurulmuşdurlar. Tanrı artıq ölmüşdür. Onun yerinə Dəccal gəlib, yeni yaşam gətirməlidir. Əxlaqi dayaqlar da kölələr üçün olmuşdur. Ulu insan yeni əxlaqi prinsiplər gətirməlidir. Bu əxlaq, toplum, din kimi kənar ideologiyalardan deyil, insanın öz ruhundan ortalığa çıxmalıdır.
Dostları ilə paylaş: |