Azərbaycan Respublikası Təhsil Nazirliyi baki slavyan universiteti Sərbəst iş Fakültə : Filologiya və xarici dil müəllimliyi İxtisas : Alman dili


Avropa və Amerikada dini modernizm



Yüklə 39,22 Kb.
səhifə7/10
tarix10.04.2022
ölçüsü39,22 Kb.
#55099
1   2   3   4   5   6   7   8   9   10
Moderinzm və onun cərəyanları

Avropa və Amerikada dini modernizm :

Dində modernizm özünü ikili göstərə bilər: ehkamların dəyişilməsi, ya da köhnə ehkamların yenidən yozumlanması ilə. Ehkamların dəyişdirilməsi yeni dini axınların yaranmasına gətirib çıxarır. Buna görə də çoxluq bundan çəkinir. Ənənə ilə bağlılığı kəsmək istəməyən çoxluq köhnə ehkamlara yeni yozumlar verməsi yolunu tuturlar. Bu proseslər hələ antik çağlarda başlamışdır, orta çağlarda xristian və müsəlman toplumlarında gedib, bu günə kimi də sürməkdədir. Sokratın dinsizlikdə suçlanması, Ksenofanın yunan dininə şübhəçi baxışları, mütəzililərin çalışmaları, protestantizmin və bəhailiyin yaranması kimi olaylar dində yeniləşmənin göstəriciləridirlər. Daha da irəliləmiş toplumlarda dini modernizm prosesləri güclənir, geriləyən toplumlarda isə adətçi inancların üstülüyü olur. Bu baxımdan yeni çağlarda Avropa ilə Amerikada gedən proseslər daha dərin olmuşdur. Protestant kilsələr bir mərkəzdən idarə edilmədiklərinə və dəyişiklikliklərə dəha açıq olduqlarına görə modernizmə uyuşmuş, ayrı-ayrı durumlarda isə toplumun gəlişməsinin önündə getmişdirlər. Ornək üçün kalvinizmdə mistikaya inam azalmış, dini ehkamlar minimuma endirilmiş; rasionalizmə, işgüzarlığa, ictimai fəaliyyətə önəm vermişdir. Bu kimi protestant axınlar yeni Avrora və Amerikanın quruculuq işlərinə fəal iştirak etmişdirlər. Katolik kilsənin isə ən yeni çağlara qədər inkişaf edən dünya ilə uyuşması prosesi çətinliklə getmişdir. Renessans çağlarından başlayaraq, 19-cu yüzilliyin sonlarına - 20-ci yüzilliyin ilk illərinə gədər kilsədə yeniləşmə prosesləri çətinliklə özünə yol tapırdı.

İlk katolik modernistləri, bu dini yeniləşən dünyaya uyğunlaşdırmaq istəyi ilə, kilsənin bir çox ehkamlarını və rituallarını tənqid etmişdirlər. Katolik modernistlərə görə dini insan yaradıb; Bibliyanı Tanrı endirməmişdir; mövhumatlardan çəkinilməlidir. Həmdə, onlara görə, İsa tanrı deyil, Yəhudi məsihi olmuşdur. Xristian enkamlarının hərfi mənaları və əsil mahiyyəti vardır. Onları bir-birindən zamana uyğunlaşaraq ayırmaq gərəkdir. Öncə katolik kilsəsi modernistlərə qarşı olmuşdur, onlar kilsədən qovulmuşdurlar. Ancaq sonra, yeniləşən dünyada öz yerini saxlamaq üçün, bir çox modern düşüncələrlə barışmalı oldu. Bu proses 1962—65 illərdə 2-ci Vatikan kilsə məclisindən sonra dərinləşmişdir. A. Luazi, L. Düşen, Blondel, H. Şell, C. Tirell, R. Muarri kimi düşünürlər katolik modernistləri olmuşdurlar.


Yüklə 39,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin