Azərbaycan Respublikası Təhsil Nazirliyi baki slavyan universiteti Sərbəst iş Fakültə : Filologiya və xarici dil müəllimliyi İxtisas : Alman dili



Yüklə 39,22 Kb.
səhifə3/10
tarix10.04.2022
ölçüsü39,22 Kb.
#55099
1   2   3   4   5   6   7   8   9   10
Moderinzm və onun cərəyanları

Şopenhauerin fikirləri:

Şopenhauer qərblə şərq mədəniyyətlərinin sintezini yaratmaq istəmişdir. Onun fikrincə qərb düşüncəsi rasional, şərq düşüncəsi ilə irrasionaldır. Hər şey təkcə rasionallıqla qavranılmaz, düşüncənin qavramadıqları reallıqlar da vardır. Empirik (duyulan) təcrübədən başqa onu tamamlayan intuitiv təcrübə də vardır. Bunların sintezi dünyanın doğru anlaşılması üçün gərəklidir. Şopenhauerə görə dünyanı idarə edən güc iradədir. O “Dünya iradəsi” ilə “Dünya Düşüncəsi” anlayışlarını işlətmişdir. İradə heç bir qaydaya və əxlaqa uyuşmayan bir gücdür. O da hər şeyi yaradır, başlanqıcında durur. “Dünya iradəsi” özünü təbiətin güclərində, bitkilər, heyvanlar və insanlar aləmində göstərir. İnsanlarda “düşüncə aləmi” vardır. Başqalarından fərqli olan insan özünü tanıyır, öz faciəli sonluğunu, həyatın mənasızlığını anlayır. Bu sıxıntılardan çıxmaq üçün o, düşüncəyə əl atır, onun vasitəsi ilə dünyanı anlamaq, öz taleyini dəyişmək istəyir. Ancaq bu heç bir nəticə vermir. “Dünya iradəsi” onun düçüncəsini məhv edir. Buna görə düşüncəyə arxalanmaq yalnız bir xülyadır, illuziyadır. “Dünya iradəsinə” qarşı getmək olmur. Onu yalnız duymaq, ona qovuşmaq, onun axarı ilə getmək gərəkdir. Bu yol da dünyadan aralanmadan, incəsənətdən və fəlsəfədən keçir.İncəsənətdə Şopenhauer musuquyə daha da çox önəm verirdi, onu “Dünya iradəsinə” qovuşmaq üçün ən yetərli vasitə sayırdı. Bunu da bəstəkar R. Vaqner gerçəkləşdirmiş oldu[3]. O irrasionallıq ideyaları öz musiqisində əks etmişdir. Vaqner əski opera və musuqi adətlərindən aralanaraq bu sənətə yeni baxışları gətirmişdir. Onun yaratdığı musiqi fəlsəfi və mistik məqamlarla dolu idi. Musiqi insanın özgür olmasına, Təbiətlə birliyə yönəlməlidir. Beləliklə “Dünya ruhuna” çatmaq üçün bir vasitə kimi musiqi seçilmişdir. Vaqner artıq çeşidli sahələrin sintezinə çatmışdır. O, musuqi ilə dramanı birləşdirə bilmişdir. Bu yolda keçmiş bəstəkarları tənqid etmiş, onları darıxdırıcı və geriçi adlandırmışdır.




Yüklə 39,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin