Azərbaycan Respublikası Təhsil Nazirliyi Kooperasiya Universiteti



Yüklə 1,06 Mb.
səhifə8/13
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#42166
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   13
Günel Abdullazadə Mülki müdafiə

Nüvə zədələnməsi ocağı (NZO)
Nüvə zədələnməsi ocağı (NZO) - o əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amilləri nəticəsində külli miqdarda insan, heyvan və bitki tələfatı olur, bina və qurğular dağıdılır, yanğınlar baş verir və yer radioaktiv maddələrlə zəhərlənir.

Nüvə zədələnməsi ocağı mürəkkəb zədələnmə ocağıdır: burada dağıntılar, yanğınlar və radioaktiv zəhərlənmə ocaqları hamısı eyni zamanda əmələ gələ bilər.



Nüvə silahının tətbiq olunmasından sonra qalan iz


Zərbə dalğasının önündə izafi təzyiqi (ΔPf) 10 kPa –dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 dağıntı zonasına (zolağına) ayrılır (tam, güclü, orta dərəcəli və zəif dağıntı zonaları):

  • tam dağıntı zonası ΔPf > 50 kPa

  • güclü dağıntı zonası ΔPf = 30 ÷ 50 kPa

  • orta dağıntı zonası ΔPf = 20 ÷ 30 kPa

  • zəif dağıntı zonası ΔPf = 10 ÷ 20 kPa

Məsələn bir milyon tonluq (q=1Mt) nüvə silahı partladıqda tam dağılma zonası 4 km, güclü dağılma 5,4 km, orta dağılma 7,2 km və zəif dağılma 11 km məsafədə yaranacaqdır.

Nüvə zədələnmə ocağının ölçüləri, burada dağıntıların dərəcəsi və tələfat – nüvə sursatının gücündən, partlayışın növündən, yaşayış məntəqəsindəki tikintinin xüsusiyyətlərindən, yerin relyefindən və s. asılı olur. Zədələnmə ocağı sahəsinin 13%-ni tam dağıntı zonası, 10%-ni güclü, 15%-ni orta dərəcəli və 62%-ni zəif dağıntılar zonası təşkil edir.


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin